Rusiya Premyer Liqasında çıxış edən Mahaçqalının «Anji» klubunun baş məşqçisi Hacı Hacıyev millimizin futbolçusu Mahir Şükürovun son oyunlarda iştirak etməməsilə bağlı açıqlama verib. «Futbol +» qəzetinə müsahibəsində Hacı Hacıyev deyib ki, Mahirin oynamaması onun səhhətində yaranmış problemlərlə bağlıdır: «Dinamo» ilə oyundan sonra həkim nəzarətindən keçən futbolçuda allergiyanın olduğu aşkarlandı. Bu səbəbdən növbəti matçları kənardan seyr etməli oldu. Çünki oyundan sonra hamama girmək lazım idi ki, bu da Mahirə qadağan olunmuşdu. Başqa hansısa ciddi səbəb yoxdu».
«Belə çıxır ki, Mahir üç həftədi çimmir» sualını isə Hacıyev bu şəkildə cavablandırıb: «Hamama gedib-getmədiyini dəqiq deyə bilmərəm. Bu onun öz işidi. Ancaq həkimin bizə verdiyi məlumatda futbolçunun allergiya olduğuna görə məşqlərə qatılmamasının vacibliyi qeyd olunmuşdu. Artıq bunlar geridə qalıb. Şükürov dünənki məşqdə səylə çalışırdı».
H.Hacıyev Mahirin komandanın əsas heyətində yer alıb-almayacağı ilə bağlı suala cavab olaraq bildirib ki, Mahirin oynamadığı müddətdə onun mövqeyində çıxış edən David Tsaroyevdən razı qalıb: «Hər iki futbolçu mənim üçün əzizdir. Tsaroyevi bəyəndiyim qədər, Şükürovun da çıxışını alqışlayıram. Davidin yarımmüdafiədə çıxış edən daha çox hücumlara dəstək verməsi məni sevindirir. Mahir isə əksinə, arxa xətdəki yoldaşlarına kömək edir. Ayın 13-də səfərdə «Terek»lə qarşılaşacağıq. Onun əsas heyətdə olub-olmayacağını deməkdə çətinlik çəkirəm. Hələ ki, müəyyənləşdirməmişəm. Təbii ki, futbolçu durmadan öz üzərində çalışmalıdır».
«Şükürovun son üç oyunda yoxluğu hiss olunurdu» sualına Hacıyev belə cavab verib: «Özünüz də bilirsiniz ki, o, uzun müddətdi komandanın aparıcı üzvlərindəndi. «Anji»yə heç də az xeyir verməyib. Ancaq razılaşaq ki, dünyada əvəzedilməz futbolçu yoxdu. Ən önəmli oyunçunun olmadığı vaxtda belə, kimsə onu unutdurmağa çalışıb. Ehtiyatda qalmaq heç də dünyanın sonu deyil. Gəlin, bir qədər səbirli olaq».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı