Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib. Qol.Az-ın məlumatına görə, hazırda keçirilən təlim-məşq toplanışı barədə danışan Foqts futbolçuların hazırlıq səviyyəsindən razı qaldığını söyləyib. O, milliyə yeni çağırılan Aqil Nəbiyevin yaxşı formada olduğunu bildirib: «Mən Aqilin oyununu onun klubunda görmüşəm. Ruslan Abışov isə son vaxtlar yaxşı çıxış edir. Türkiyə ilə qarşılaşma isə onun xeyrinə işlədi».
Berti Foqts millinin hazırlıq prosesinin davam etdiriləcəyini söyləyib. Onun sözlərinə görə, dekabr ayında komandamız dörd günlük təlim-məşq toplanışına yığışacaq. Yanvar ayında isə Foqts millimizi hazırlıq prosesi keçmək üçün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparmağı nəzərdə tutur.
Daha sonra Berti Foqts jurnalistlərin noyabrın 17-də Podqoritsa şəhərində Çernoqoriya millisinə qarşı keçiriləcək oyun və digər məsələlərlə bağlı suallarını cavablandırıb.
- Milli komandadakı zədəli futbolçuların durumu barədə nə deyə bilərsiniz?
- Əgər Vaqif Cavadov bu həftə ölkə çempionatında oynamasa, yəqin ki, onu Çernoqoriyaya aparmayacağıq. Bu sözləri Rəşad Sadıqov haqda da deyə bilərəm. Onlardan başqa, bu gün bizdə Samir Abbasov və Fabio Luis Ramim də zədəlidir. Bu mənada, gənc futbolçularımız özlərini göstərmək üçün şans əldə ediblər.
- Çernoqoriyanı seçmə mərhələdəki rəqiblərimizdən hansı komandaya bənzədirsiniz?
- Onların oyunu Avstriyanın oyununa oxşayır. Çernoqoriyanın bir çox futbolçusu Avropa ölkəsində çıxış edir.
- Azərbaycan klublarında çıxış edən legionerlərdən qurulmuş komandayla oyun keçirmək fikriniz olub?
- Mən Almaniyada bir dəfə belə etmişdim. Xeyriyyə matçı əsl tamaşaya döndü. Ona görə də mən həmin halı təkrarlamaq istəmirəm. Bunun kimisə xeyiri olmayacaq.
- Türkiyə ilə oyundan əvvəl Rəşad Sadıqovun durumundan narızılıq etmişdiniz. İndi onun haqda nə düşünürsünüz?
- Mən bu mövzuda danışmaq istəmirəm. O, təcrübəli futbolçudur. Bir daha deyirəm, öz oyunçularım barədə mətbuatda danışmağı məqsədəuyğun saymıram. Onun nəyə qadir olduğunu bilirəm. Hərçənd Azərbaycan futbolçuları tez ruhdan düşürlər. Bəlkə də bu, mentalitetdən irəli gəlir.
- «Qəbələ»nin müdafiəçisi Lyubo Baranin Azərbaycan millisində oynamaq arzusunu ifadə edib.
- Bu futbolçuyla tanış deyiləm. Amma həftəsonu «Qəbələ»nin matçını izləyəcəyəm. Mən yerli, gənc futbolçulara şans verilməsinin tərəfdarıyam. Onlar bayraq və vətən yolunda daha çox mübarizə aparırlar. Lyobo isə xüsusi futbolçu olmalıdır ki, onu milliyə cəlb edək. Axı, bizim yaxşı, gənc bir komandamız var.
- O zaman Fabio Luis Ramim milliyə niyə dəvət edilir? Axı, bu futbolçu əvvəlki oyununu sərgiləyə bilmir.
- Onu milliyə cəlb edəndə yaxşı oynayırdı. Yaxşı ki, gənc futbolçular yatmırlar. Fabio artıq rəqabətdə onlara uduzur. Gələcəkdə onun xidmətlərindən imtina edə bilərəm. Gənclər isə dərt etməlidirlər ki, məşqdən sonra da qalıb işləməlidirlər. Rauf Əliyev və Maksim Medvedyev imkanlarının yalnız 60 faizini göstərə bilir. Təəssüf ki, indi gənc futbolçuların çoxusu klublarında ehtiyatda oturur. Hətta əksəriyyəti formalarını saxlamaq üçün əvəzedici heyətə də getmir. Bir müddət əvvəl «Mançester Yunayted» klubunda oldum. Orada əsas heyətə düşə bilməyən futbolçular ikinci komandaya gedirlər.
Əvəzedici heyətdə çıxış etmək cəza deyil, əsas komandada oynamaq üçün bir şansdır. Əgər bir məşqçi öz futbolçusunu əvəzedici heyətə göndərə bilmirsə, daha sözüm yoxdur. Belə çıxır ki, o, yaxşı işləmir. Futbolçular özündənrazı olmamalı və öz üzərlərində daha çox çalışmalıdırlar.
- Noyabrın 17-də Çernoqoriyaya qarşı oyunda millimizin kapitanı kim olacaq?
- Kimisə tapacağam (gülür). Bəlkə Rəşad Sadıqov bizimlə getdi. Getməsə, kapitan sarğısını daşıyacaq futbolçumuz var
- Podqoritsadakı oyunda heyətdə eksperiment aparacaqsınız?
- Bəzi mövqelərdə yeni futbolçular görəcəksiniz. Bundan başqa, bizim zədəli futbolçularımız olduğundan bəzi yeni oyunçuların özlərini göstərmək şansı yaranacaq.
- AFFA sizdən yaxşı nəticə tələb edir. Bəs, siz necə, onlardan yaxşı şərait istəmirsiniz? Axı, bu gün məşq keçdiyiniz Zabrat stadionunun ot örtüyü bərbad vəziyyətdədir…
- Bu, böyük problemdir. Yaxınlarda Rövnəq Abdullayevlə görüşəcəyəm. Biz klubları məcbur etməliyik ki, meydançaların sayını artırsınlar. Onlar futbolçuların gəlirlərini azaltmalı və əvəzində yeni qazonlar salmalıdırlar.
- Mahir Şükürov xəstəliyi səbəbindən «Anji»nin son oyunlarında iştirak etməyib. Məşqçisi bildirir ki, Mahir yaxşı formada deyil. O, Podqoritsadakı oyunda çıxış edəcək?
- Bununla bağlı qərarımı oyundan bir gün əvvəl verəcəyəm. Mən onun nəyə görə oynamadığını bilirəm.
- Türkiyə üzərində qələbə qazanan millinin uğurları davam edəcəkmi?
- İlk növbədə siz jurnalistlər futbolçuları tərifləməyin. Onlar sizin yazılarınızı oxuyandan sonra hər şeyə inanırlar və özlərindən razılıq əmələ gəlir. Məğlubiyyətdən sonra tənqid etmək olar. Bu mənada, orta xətti tapmaq lazımdır. Hesab edirəm ki, milliylə mətbuatın münasibətləri yaxşıdır.
"Kəpəz" "Şamaxı"ya qarşı
"Barselona"dan "Braqa"ya - Rəsmi
Saul Niqes yeni klubu ilə müqavilə bağladı
Kunde 2030-cu ilə qədər "Barselona"da
Səbayıl "Səbail"ə keçdi
"Kəpəz" futbolçusunu icarəyə göndərdi
"Mançester Siti" yeni qapıçı aldı
"Turan Tovuz"dan ayrılan futbolçunun yeni klubu bilindi
“Qəbələ”dən 1-ci liqa klubuna
Məşhur futbolçu ilə müqavilə ləğv edildi
Azərbaycan güəşçiləri dünya çempionatına yollanır
"Milan"ın yeni sarı formaları - Şəkillər
"Arsenal" Qyökereş işini bitirdi
Tovuz şəhər stadionunda işlərə start verildi - Şəkillər
"Neftçi" legioneri ilə vidalaşdı
"Qəbələ"dən ayrılan futbolçu "Karvan"da
Rahil Məmmədov "Araz-Naxçıvan"da - Rəsmi
Pirlonun yeni klubu məlum oldu
Azərbaycan klubunda 3 ayrılıq
MEDİA qalib jurnalistlərin adlarını açıqladı - Siyahı
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
"Sumqayıt"ın rəqibləri müəyyənləşdi
"Ən güclü rəqib "Araz-Naxçıvan"a düşüb" - Zaur Axundov
Cəlal Hüseynov Konfrans Liqasında meydana çıxdı
Rəqib komandanın əlini sıxmadılar - Qalmaqal olay
Patrik Andrade: “Qolum baxımlı alındı”
Arda Turanın “Şaxtyor”unun “Beşiktaş” qələbəsi - Video
ABŞ klubundan Son Hın Minə rəsmi təklif
Azərbaycanın avrokuboklarda hələ belə uğuru olmamışdı
"Araz-Naxçıvan"ın potensial rəqibləri qarşılaşdı
"Şaxtyor"dan "Beşiktaş"a 4 qol - Avroliqada nəticələr
"Sabah"ın səfər qələbəsi - Video
"Günü-gündən yaxşılığa doğru gedirik" - Elmar Baxşıyev
"Sabah" "Petrokub"a qalib gəldi
"Araz-Naxçıvan"dan avrokuboklara əla başlanğıc
"Arsenal" ispaniyalı müdafiəçinin transferini açıqladı
"Aston Villa"da yeni uzunmüddətli müqavilə
"Petrokub" - "Sabah" matçı üçün - Heyətlər