Millimizin kapitanı Rəşad Sadıqov komanda yoldaşları Vaqif Cavadov və Vüqar Nadirovun ünvanına yönələn tənqidlərlə bağlı fikirlərini açıqlayıb.
Bir müddət əvvəl «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov Vüqarın hazırkı durumundan narazılığını dilə gətirib. «Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov isə yeni transferləri olan Vaqifin onların istədiyi oyunu nümayiş etdirmədiyini söyləyib.
Qol.Az-ın müxbiri ilə söhbətində Rəşad Sadıqov adları çəkilən futbolçuların imkanlarından aşağı səviyyədə çıxış etməsilə bağlı bu yaxınlarda onlarla telefonla danışdığını bildirib. «Düzü, söhbətimdə onlara dedim ki, oyunları məni də qane etmir. Onlar oturub ciddi şəkildə düşünməlidirlər. Vaqif və Vüqar xaricdə oynamağa layiq futbolçulardır. Amma indi onlar imkanlarından aşağı səviyyədə çıxış edirlər. Halbuki hər ikisi sıradan bir futbolçu deyil. Onların məsuliyyəti böyükdür və Vaqiflə Vüqardan təlabat da çoxdur. Vüqar Türkiyə ilə matçda yüksək səviyyədə çıxış edir, amma klubda həmin oyunu nümayiş etdirə bilmir. Gökhan Gönül kimi bir futbolçu Vüqara uduzurdu. Türkiyədə mənə dedilər ki, sizin 7 nömrəli futbolçunuz, yəni Vaqif Cavadov çox yaxşı oyunçudur. Mən isə bildirdim ki, Vaqif hələ potensialının 50 faizini ortaya qoydu. Deməyim odur ki, Vüqar və Vaqif istedadlı, potensialı olan futbolçulardır. Onlar oyunlarına ciddi yanaşmalıdırlar. İndi bu futbolçular klublarında potensiallarından aşağı səviyyədə çıxış edirlər. Onların öz oyunlarını görməyi çox istəyirəm».
R.Sadıqovun hər iki futbolçunun klublarında zəif oyununu psixoloji amillərlə əlaqələndirib. «Vaqif «Tvente»yə getdiyi ilk gündə zədələndi və karyerası uğursuz alındı. Düzü, heç bilmirəm, bütün bunlara nə ad verim. Mənimlə danışanda deyirlər ki, hər şey qaydasındadır, amma bunları onların oyununda görmürəm. Fikrimcə, Vüqar və Vaqif təkcə məşqlərdə, oyunlarda deyil, şəxsi həyatlarında da futbolla yaşamalı, futbolu fikirləşməlidirlər. Yalnız bundan sonra onlar böyük uğurlara doğru addımlaya bilərlər» - deyə R.Sadıqov bildirib.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı