«Avro-2012»nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Türkiyə komandasının baş məşqçisinin köməkçisi Oğuz Çətin qrupdakı keçirdikləri oyunlarla bağlı fikirlərini açıqlayıb. Qol.Az-ın məlumatına görə, «Axşam» qəzetinə verdiyi müsahibədə Çətin millimizlə Bakıda keçirdikləri və 0:1 hesabı ilə məğlub olduqları oyun haqda da danışıb: «Azərbaycan yenilgimizin bəhanəsi ola bilməz. Bu oyunda qələbə qazanmalıydıq. Bu halda artıq 9 xalımız olacaqdı. O zaman indi içdiyimiz qəhvənin, danışdığımız söhbətin dadı da başqa olardı».
Oğuz Çətin millinin uğursuzluğunu həm də bütövlükdə Türkiyə futbolundakı enişlə əlaqələndirib: «Klublarımızın beynəlxalq yarışlardakı çıxışlarına da baxaq. Milli komandamızı bütün bunlardan ayrı tutmamalıyıq. İstanbulun üç böyük klubunun və «Trabzonspor»un Avropadakı builki çıxışları ortadadır. «Bursaspor»un yüksəlişini qeyt etməliyik. Amma üzülərək söyləyim ki, bu komanda da Avropada uğursuz çıxış etdi».
Oğuz Çətin Almaniya və Azərbaycana məğlubiyyətlərə Türkiyə mediasının münasibətindən narazılıq ifadə edib: «Bu iki yenilgini eyni çərgəyə qoymaq olmaz. Almaniya dünya nəhəngidir, Azərbaycana məğlubiyyətimizin isə bəhanəsi yoxdur, ola da bilməz. Əlbəttə, sonuncu uğursuzluğumuzu tənqid etmək olar. Həm də sonuna qədər. Ancaq görürəm ki, futbolun içindən çıxmış şərhçi dostlarım sinifdə qalıb. Futbolun içindən çıxmayanlar isə daha məntiqli danışırlar».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı