"Sabah"ın Antalyada ilk günü - Şəkillər

"Sabah"ın Antalyada ilk günü - Şəkillər
XƏBƏR 12 Yanvar 2022 / 22:21 1567
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komanda bu gün hazırlıq çərçivəsində ilk məşqinə çıxıb.

Qol.az klubun saytına istinadən xəbər verir ki, Murad Musayevin baş məşqçisi olduğu komanda əvvəlcə fitnes zalında, ardınca isə yaşıl meydanda məşq edib. Futbolçular məşq prosesində müxtəlif fiziki və toplu təmrinləri yerinə yetiriblər. Məşqə ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, “Sabah” Antalya toplanışına bu gün start verib. Komandanın hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

"Sabah"ın Antalya toplanışında qarşılaşacağı 2 rəqib bəllidir. Komanda yanvarın 15-də “Pakş” (Macarıstan), yanvarın 25-də isə “Mladost”la (Serbiya) qarşılaşacaq.








































Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi