«Gəncə» ilə oyuna ciddi hazırlaşmışdıq. Çünki bilirdik ki, rəqibimiz yaxşı komandadır, yaxşı futbolçuları və güclü azarkeş dəstəyi var. Bütün Gəncə şəhəri bu komandanın arxasında durur». Qol.Az-ın məlumatına görə, bu sözləri bu gün səfərdə «Gəncə»ni 3:1 hesabı ilə məğlub edən «Bakı»nın baş məşqçisi Vinfrid Şefer deyib.
Unibank Premyer Liqasında ardıcıl üç məğlubiyyətdən sonra «Bakı» səfərdə rəqibini məğlub etməyi bacarıb.
«Oyundan əvvəl məşqlərdə futbolçularla ayrıca söhbətim olmuşdu. Onlara bu matça maksimum dərəcədə hazırlamağa çalışmışdım. Çox şadam ki, istədiyimiz alındı, futbolçularımız tapşırıqları yerinə yetirə bildilər» - deyən Şefer komandasının vahid komanda oyunu nümayiş etdirdiyini vurğulayıb: «Onlar sonadək mübarizə apardılar. Nəhayət, futbolçularımız başa düşdülər ki, sonadək «vuruşmadan» qələbə qazanmaq mümkün deyil».
«Əgər bu oyunda uduzsaydınız, istefa verəcəkdinizmi» sualına cavab olaraq almaniyalı mütəxəssis bildirib ki, nə indi, nə də oyundan əvvəl bu haqda fikirləşib: «Mən bura iş görməyə, Azərbaycan futboluna xeyir verməyə gəlmişəm. Klubumuzun rəhbərliyi çox sağ olsun ki, bizə ən çətin anlarımızda da dəstək verdi. Gördüyünüz kimi, hava soyuq olmasa da, mən oyuna «Bakı»nın şərfini taxıb çıxmışdım. Bu, «Bakı» klubuna olan sevgimi göstərir. Mən burada daha uzun müddət qalıb işləmək istəyirəm. Çalışacağıq ki, bundan sonrakı oyunlarımızda da komandamızın rəhbərliyini və azarkeşləri sevindirək».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video
Niderland kubokunun qalibi müəyyənləşdi
Premyer Liqada son 10 mövsümün azarkeş rekordu
Beş güləşçimiz mübarizəyə başlayır - Avropa çempionatı