Arif Əsədov: “İnter”i qiymətləndirməmək “Neftçi”yə baha başa gələ bilər”

Arif Əsədov: “İnter”i qiymətləndirməmək “Neftçi”yə baha başa gələ bilər”
ÖLKƏ FUTBOLU 5 Noyabr 2010 / 19:07 2497
-  A +

Premyer Liqanın 12-ci turu çərçivəsində sabah “İnter”lə qarşılaşacaq “Neftçi”nin baş məşqçisi Arif Əsədov oyun öncəsi açıqlamalar verib. Qol.Az-ın müxbirilə söhbətində sabahkı oyunda qalib gələcəyinə inandığını bildirən Əsədov daha sonra bunları deyib: “Sabah bizi çox çətin oyun gözləyir. Təsnifat mərhələsinin birinci dövrəsinin ilk oyununda “Neftçi” rəqibinə qalib gəldiyi üçün “İnter” meydana revanş hissi ilə çıxacaq. Lakin biz də özümüzə inanırıq. Bu oyunda qalib gələrək liderliyimizi davam etdirmək istəyirik. Sabahkı oyunun nəticəsinin digər rəqiblərimizi də yaxından maraqlandırması, bu matçın həqiqətən də derbi olmasından xəbər verir. Lakin biz bu oyuna heç də derbi kimi baxmırıq. Sadəcə olaraq, meydana çıxıb öz oyunumuzu oynamaqla qələbə qazanmaq istəyirik. Bununla belə, biz bütün rəqiblərimizə eyni cür yanaşırıq. Çünki rəqibi qiymətləndirməmək bizə baha başa gələ bilər. Hazırda isə bütün rəhbərlik “Neftçi”nin əvvəlki şöhrətini qaytarmağa çalışır. Bu mövsüm hədəfimiz yalnız çempion olmaq və ölkəmizi Avropada layiqincə təmsil etməkdir. İnanıram ki, bu mövsüm “Neftçi” öz uğurları ilə yenidən azarkeşlərinə sevinc bəxş edəcək”.

Son xəbərlər