"Onunla bağlı qapılar arxasında açıq danışacağıq"

"Onunla bağlı qapılar arxasında açıq danışacağıq"
XƏBƏR 31 Dekabr 2021 / 17:12 2882
-  A +

"Çelsi"nin baş məşqçisi Tomas Tuhel futbolçuları Romelu Lukakunun fikirlərinə münasibət bildirib.

Belçikalı hücumçu bugünlərdə qeyd edib ki, "İnter"i tərk etməyinə peşmandır və yenidən İtaliyaya qayıtmaq istəyir.

Qol.az xəbər verir ki, bununla əlaqədar Tuhell deyib: "Düzü, bu vəziyyət ürəyimcə deyil. Çünki lazımsız hay-küy yaradır. Biz Lukaku ilə bağlı qapılar arxasında açıq danışacağıq. Onun sözlərindən təəccüblənmişəm. Çünki onun narazılığını hiss etməmişəm. Əksinə o, həmişə razılıq ifadə edib".

Xatırladaq ki bu yay "İnter"dən "Çelsi"yə keçən 28 yaşlı oyunçu 18 oyunda iştirak edib, 7 qol vurub və 2 qolun da ötürməsini verib.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner