Müzakirələrə səbəb olan “Media haqqında” qanun layihəsinə bir sıra dəyişikliklər edilib.
Qol.az xəbər verir ki, bu barədə parlamentin İnsan Hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün videokonfrans formatında keçirilən iclasında Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev məlumat verib. Şöbə müdiri bildirib ki, sənədin 13.3-cü maddəsinə informasiya agentliklərinin təklifinə əsasən, media subyektləri üçün informasiya agentliklərinin məlumatlarından istifadə zamanı istinad göstərmək öhdəliyini daha aydın müəyyən etmək üçün “istinadla bağlı tələb istisna olmaqla” sözlərinin əlavə edilməsi təklif olunub. İkinci düzəliş 14.1.11-ci maddə ilə bağlıdır. Maddədə “faktlar və hadisələr qərəzsiz və obyektiv şərh olunmalı, birtərəfliliyə yol verilməməlidir” cümləsində media nümayəndələrinin təklifi ilə “şərh olunmalı” sözləri “təqdim olunmalı” sözləri ilə əvəzlənib.
A. Vəliyev məlumat verib ki, layihədə internet televiziyalarının məcburi lisenziyalaşdırılması müddəası nəzərdə tutulmasa da, ictimai müzakirələrdə ən çox narahatlıq bu məsələ ilə bağlı ifadə edilib. Bu yanaşmanın aydın başa düşülmədiyi iddia edildiyindən, layihəyə yeni 30.8-ci maddə əlavə olunub və daha dəqiq göstərilib ki, “Birbaşa internet üzərindən audiovizual proqramlar yayımlayan şəxslər yalnız öz müraciətləri əsasında platforma yayımçısı lisenziyası ala bilərlər”.
Növbəti dəyişikliyin 30.8-ci maddənin əlavə edilməsinin məntiqi davamı olaraq 30.2-ci maddədə də müvafiq istisnanın dəqiq göstərilməsi zərurətindən yarandığı bildirilib. Yəni internet televiziyaları istisna olmaqla digər platforma yayımçıları lisenziya əsasında fəaliyyət göstərir. Beşinci dəyişikliklə bağlı bildirilib ki, proqramların istehsalında istifadə olunan hər hansı bir texniki avadanlığın uyğunluğunun qiymətləndirilməsi bu layihənin predmeti olmadığı üçün qanun layihəsinin 36-cı maddəsinin “proqramların istehsalı, ötürülməsi və yayımlanmasını” ifadəsində “istehsalı” sözü çıxarılıb. 39.1.2-ci maddədə edilən dəyişiklik 2017-ci ildə qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun müddəaları ilə uyğunlaşdırma xarakteri daşıyır. Milli qanunvericilikdəki yeni yanaşma nəzərə alınaraq, 39.1.2-ci maddənin “tütün istifadəsi prosesinin açıq nümayiş etdirildiyi proqramlarda tütündən istifadənin sağlamlığa və ətraf mühitə zərərli təsiri barədə xüsusi xəbərdaredici məlumatların verilməsini təmin etmək” müddəasından “açıq” sözü çıxarılıb. Həmçinin normativ hüquqi akt layihəsinin qəbul olunma prosedurunun yekunlaşacağı vaxtın əvvəlcədən müəyyən edilməsi çoxsaylı müzakirələrə səbəb olduğundan müvafiq 78.4-cü maddə layihədən çıxarılıb. Bundan başqa, sənədə 78.6-cı maddə əlavə olunub. Yeni maddəyə əsasən, bu Qanunun 26.3.1-ci və 74.2.3-cü maddələri qanun qüvvəyə mindikdən sonra yaranmış hallara şamil olunur.
A. Vəliyev bununla bağlı bildirib ki, layihənin müvafiq maddələrində ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilmiş şəxslərə münasibətdə media subyekti təsis etməyi və jurnalist kimi Media Reyestrinə daxil olunmağı qadağan edən normaların qanunun qəbulundan əvvəl yaranmış münasibətlərə də şamil olunacağına dair fikirlərin qarşısını almaq üçün sözügedən müddəanın təsbiti məqsədəuyğun sayılıb.
Şöbə müdiri diqqətə çatdırıb ki, son dəyişiklik 26.3-cü maddə ilə bağlıdır. Müzakirələrdə bu maddənin müddəalarında siyasi partiya və dini qurumlarla bağlı məsələyə yenidən baxılmış, araşdırılmış və ortaq məxrəcə gəlinib. Belə ki, 26.3.4-cü və 26.3.5-ci maddələr “Siyasi partiyalar və dini qurumlar yalnız çap mediasının təsisçisi (iştirakçısı) ola bilərlər” məzmununda 26.4-cü maddə ilə əvəzlənməsi məqsədəmüvafiq hesab edilib.
Qeyd edək ki, qanun layihəsi sabah parlamentdə üçüncü oxunuşda müzakirə ediləcək. ("Qafqazinfo")
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı
Azərbaycan çempionatlarının 21-ci əsrdəki rekordu yeniləndi
Azərbaycandakı amerikalıların 10-cu het-triki
Bəxtiyar Həsənalızadə: “Qələbədən başqa yolumuz yoxdur”
Arbeloa: "Münhendə "Real" qalib gələcək"
65 il sonra qayıtdılar
"Bavariya"nın Madrid zəfəri - Video
"Quba" "Şəki Siti" ilə üz-üzə
"Bavariya" "Real"a, "Arsenal" "Sportinq"ə qalib gəldi
6 qol və "Sabah"ın qələbəsi - Video
“Liverpul” "təmizləmə" işləri aparacaq