Dembele evləndi, komanda yoldaşlarını toyuna çağırmadı

Dembele evləndi, komanda yoldaşlarını toyuna çağırmadı
XƏBƏR 29 Dekabr 2021 / 13:50 4913
-  A +

"Barselona"nın futbolçusu Usman Dembele bir neçə gün əvvəl evlənib. 

Qol.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 24 yaşlı hücumçunun ailə qurduğu xanımın adı açıqlanmayıb. Dembelenin toyu Mərakeşdə olub. Lakin maraqlıdır ki, o, ən xoş gününə komanda yoldaşlarından heç kimi dəvət etməyib. Dembelenin toyunda futbol ictimaiyyətindən yalnız "Bavariya"nın oyunçusu Dayo Upamekano iştirak edib. Həmçinin xəbərdə bu da qeyd olunub ki, Dembele ümumiyyətlə, klubuna evlənəcəyi barədə məlumat verməyib. 

Qeyd edək ki, U.Dembele 2017-ci ildən "Barselona"da oynayır. 


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner