UEFA-nın Bakıda keçirilən «Azərbaycanda Kütləvi Futbol» mövzusunda seminarında iştirak edən UEFA-nın futbol təhsili şöbəsinin rəhbəri Frank Ludolf AFFA-nın rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, bir sıra maraqlı məsələlərlə bağlı fikirlərini bölüşən UEFA rəsmisi aşağıdakıları söyləyib:
- UEFA-nın kütləvi futbolla bağlı seminarının məhz Bakıda keçirilməsi nə ilə bağlıdır?
- Əvvəlcə onu deyim ki, gözəl şəhəriniz var. Burada olduğum üçün çox şadam. Seminarın Bakıda keçirilməsinə gəlincə, AFFA-nın kütləvi futbolun inkişafına olan diqqətini, keçirdiyi tədbirləri və layihələri UEFA yüksək qiymətləndirir. Bunun nəticəsi kimi, UEFA AFFA-nı 3 ulduzla təltif edib. Belə qərara gəldik ki, AFFA-nın bu təcrübəsini digər ölkələrlə də paylaşaq. Serbiya, Macarıstan və Latviya futbol federasiyalarının nümayəndələrinin seminarda iştirakının məqsədi Azərbaycanda təcrübə mübadiləsinin aparılmasıdır. Həmçinin AFFA da digər federasiyaların təcrübəsindən istifadə etməlidir. Seminarda çox maraqlı müzakirələr oldu, videoçarxlar nümayiş etdirildi, fikir mübadiləsi aparıldı. Həm praktiki, həm də nəzəri məşğələlər keçirildi.
- Təşkilati işlərdən razı qaldınızmı?
- Seminarda iştirak edən hər üç federasiyanın – Serbiya, Macarıstan və Latviyanın nümayəndələri yüksək səviyyədə təşkilatçılıqla bağlı razılıqlarını bildirdilər. Seminar iştirakçılarının hər biri özünü komandanın bir üzvü kimi hiss edirdi. Sizin federasiyanın əməkdaşları bizə hərtərəfli yardım göstərdilər.
- AFFA-nın kütləvi futbolun inkişafı istiqamətində həyata keçirdiyi hansı layihələri xüsusi fərqləndirə bilərsiniz?
- Məktəblilər arasında futbolun inkişafı üçün həyata keçirdiyiniz layihələri qeyd edərdim. Bu, futbolun geniş kütlələr arasında populyarlaşması üçün ən uğurlu vasitələrdən biridir və AFFA-nın futbolçularla bağlı seçim imkanını genişləndirir. Azərbaycanda bəzi bölgələrdə futbol o qədər də inkişaf etməyib. Ancaq AFFA U-13, U-14, U-15 və U-17 liqalarını yaratmaqla futbolun kütləvilyini bütün ölkəyə yayıb. Bu turnirlər ölkənin hər bir bölgəsində uşaqlara futbol oynamaq imkanı yaradır. Əldə etdiyim məlumata görə, Azərbaycanda futbolla məşğul olanların sayı gündən-günə artır. Yəni bu istiqamətdə vacib işlər görülüb. Bunu daha da sürətlə inkişaf etdirmək üçün ilk növbədə kütləvi futbol layihələrini həyata keçirmək lazımdır. Belə olan halda, daha sürətlə uğur qazana bilərsiniz. Artıq Azərbaycanın aşağı yaş qrupları üzrə bir neçə milli komandası var. İndi həmin yığmalara cəlb olunan futbolçular gələcəkdə əsas milli komandada oynamaq imkanı əldə edə bilərlər.
- Qadın futbolunun inkişafı istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Qadın futbolu ümumilikdə futbolunun tərkib hissəsidir. Çünki kütləvi futbol hamı üçündür. Buraya qızlar, oğlanlar, yaşlılar, əlillər və sair daxildir. Hamının futbol oynaya bilməsi üçün şərait yaradılmalıdır. 17 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsi Azərbaycanda təşkil ediləcək. AFFA-nın qadın futbolunun inkişafı üçün həyata keçirdiyi layihələr çox vacibdir. Misal üçün, 15 yaşadək qızlardan ibarət yeni milli komanda yaradılıb və təcrübəli məşqçi Sissi Rayta həvalə olunub. İlk dəfə olaraq U-15 qızlar liqası təşkil olunub. İnanıram ki, milli komandanızda gələcəyi parlaq olan oyunçular var. Bilirəm ki, bu komanda hazırda Almaniyada təlim-məşq toplanışındadır və Almaniya mətbuatı millinizin orada əldə etdiyi müsbət nəticələrdən yazır. Qısa zaman ərzində yaranmış komandanın uzun yol qət etməsi sevindirici haldır. Bu da gələcəyə nikbin baxmağa əsas verir.
"Kəpəz" "Şamaxı"ya qarşı
"Barselona"dan "Braqa"ya - Rəsmi
Saul Niqes yeni klubu ilə müqavilə bağladı
Kunde 2030-cu ilə qədər "Barselona"da
Səbayıl "Səbail"ə keçdi
"Kəpəz" futbolçusunu icarəyə göndərdi
"Mançester Siti" yeni qapıçı aldı
"Turan Tovuz"dan ayrılan futbolçunun yeni klubu bilindi
“Qəbələ”dən 1-ci liqa klubuna
Məşhur futbolçu ilə müqavilə ləğv edildi
Azərbaycan güəşçiləri dünya çempionatına yollanır
"Milan"ın yeni sarı formaları - Şəkillər
"Arsenal" Qyökereş işini bitirdi
Tovuz şəhər stadionunda işlərə start verildi - Şəkillər
"Neftçi" legioneri ilə vidalaşdı
"Qəbələ"dən ayrılan futbolçu "Karvan"da
Rahil Məmmədov "Araz-Naxçıvan"da - Rəsmi
Pirlonun yeni klubu məlum oldu
Azərbaycan klubunda 3 ayrılıq
MEDİA qalib jurnalistlərin adlarını açıqladı - Siyahı
"Turan Tovuz"un "Traktor"la oyunu ləğv olundu
"Sumqayıt"ın rəqibləri müəyyənləşdi
"Ən güclü rəqib "Araz-Naxçıvan"a düşüb" - Zaur Axundov
Cəlal Hüseynov Konfrans Liqasında meydana çıxdı
Rəqib komandanın əlini sıxmadılar - Qalmaqal olay
Patrik Andrade: “Qolum baxımlı alındı”
Arda Turanın “Şaxtyor”unun “Beşiktaş” qələbəsi - Video
ABŞ klubundan Son Hın Minə rəsmi təklif
Azərbaycanın avrokuboklarda hələ belə uğuru olmamışdı
"Araz-Naxçıvan"ın potensial rəqibləri qarşılaşdı
"Şaxtyor"dan "Beşiktaş"a 4 qol - Avroliqada nəticələr
"Sabah"ın səfər qələbəsi - Video
"Günü-gündən yaxşılığa doğru gedirik" - Elmar Baxşıyev
"Sabah" "Petrokub"a qalib gəldi
"Araz-Naxçıvan"dan avrokuboklara əla başlanğıc
"Arsenal" ispaniyalı müdafiəçinin transferini açıqladı
"Aston Villa"da yeni uzunmüddətli müqavilə
"Petrokub" - "Sabah" matçı üçün - Heyətlər