Kütləvi yoluxmaya görə "Arsenal"ın oyunu təxirə salındı

Kütləvi yoluxmaya görə "Arsenal"ın oyunu təxirə salındı
XƏBƏR 27 Dekabr 2021 / 09:30 1653
-  A +

İngiltərə Premyer Liqasında 20-ci turun daha bir oyunu koronavirusa görə təxirə salınıb.

Qol.az xəbər verir ki, “Arsenal” – “Vulverhempton”  matçı əvvəlcədən nəzərdə tutulduğu kimi dekabrın 28-də keçirilməyəcək.

Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Buna “Vulverhempton”da koronavirusa kütləvi yoluxma səbəb göstərilib. 
 
Matçın nə vaxt keçiriləcəyinə daha sonra qərar veriləcək.

Qeyd edək ki, 20-ci turun "Lids" - "Aston Villa" matçı da koronavirus səbəbindən təxirə salınıb.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner