UEFA Avropa Liqasında 4-cü turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, qitənin yaşıl meydanlarında 12 qrupda yer alan 48 komandanın iştirakıyla 24 oyun baş tutub. Bir sıra maraqlı və prinsipial qarşılaşmalarla zəngin olan bu turun bizlər üçün daha böyük maraq doğuran qarşılaşmalarından biri Portuqaliyada keçirilib. Qitənin ikinci dərəcəli klub turnirindəki yeganə Türkiyə təmsilçisi “Beşiktaş” bu dəfə də çətin sınaqdan keçib. Çünki rəqib qrupun əsas favoritlərindən “Porto” olub. Ötən tur məhz bu rəqibiylə, özü də doğma meydanda qarşılaşan və biabırçı məğlubiyyətlə üzləşən “qara-qartallar” həmin yenilginin qisasını almağa çalışsa da, buna qismən nail olub. Əsas silahlarından olan Rikardo Kuaresmanın yoxluğunda Bernd Şusterin komandası istədiyi qələbəni reallaşdıra bilməyib. Vurulan iki qol, iki qırmızı vərəqə ilə izləyənlərdə böyük maraq doğuran qarşılaşma sonda sülhlə başa çatıb və komandalar hərəyə bir xalla kifayətləniblər. Qeyd edək ki, səfərdə yeniləcəyi halda işləri daha da çətinləşəcək olan "Beşiktaş" qazandığı bir xalla qrupda ikinci yeri ələ alıb. Bu mənada İstanbul təmsilçisinin vətənə istədiyini alaraq döndüyünü söyləmək olar. Avroliqanın pley-off mərhələsində təmsilçimiz "Qarabağ"ı məğlub edərək, qrup mərhələsində iştirak etməyə haqq qazanmış Dortmund "Borussiya"sı isə doğma meydanda sülh bağladığı PSJ ilə Fransada da heç-heçə oynayıb. Eyni qrupda yer alan "Sevilya"nın növbəti qələbəni qazanması almanların qrupdakı vəziyyətini xeyli çətinləşdirib. Belə ki, qrup ikinci "Sevilya"dan hazırda 3 xal geridə olan dortmundluların hesabında 5 xal var və onlar növbəti mərhələyə çıxa bilməmək təhlükəsi ilə üz-üzədir.
Bütövlükdə 4-cü turun bütün nəticələri və qruplardakı son durum belədir:
Avropa Liqası
Qrup mərhələsi
4 noyabr
A qrupu
“Lex” (Polşa) - “Mançester Siti” (İngiltərə) - 3:1
Qollar: İnyak, 31. Arboleda, 87. Mozdzen, 90 - Adebayor, 51
“Yuventus” (İtaliya) - “Zalsburq” (Avstriya) - 0:0
| 1 | "Lex" |
4 | 2 | 1 | 1 | 9-7 | 7 |
| 2 | "Mançestr Siti" |
4 | 2 | 1 | 1 | 7-5 | 7 |
| 3 | "Yuventus" |
4 | 0 | 4 | 0 | 5-5 | 4 |
| 4 | "Zalsburq" |
4 | 0 | 2 | 2 | 1-5 | 2 |
B qrupu
“Bayer” (Almaniya) - “Aris” (Yunanıstan) - 1:0
Qol: Vidal, 90
“Rusenborq” (Norveç) - “Atletiko” (İspaniya) - 1:2
Qollar: Henriksen, 52 - Aquero, 4. Tiaqo, 84
| 1 | "Bayer" |
4 | 2 | 2 | 0 | 6-1 | 8 |
| 2 | "Atletiko" |
4 | 2 | 1 | 1 | 6-3 | 7 |
| 3 | "Aris" |
4 | 1 | 1 | 2 | 2-3 | 4 |
| 4 | "Rusenborq" |
4 | 1 | 0 | 3 | 3-10 | 3 |
C qrupu
“Levski” (Bolqarıstan) - “Lill” (Fransa) - 2:2
Qollar: Dembele, 11. Qadjev, 82 - De Melo, 35. İvanov, 88
“Gent” (Belçika) - “Sportinq” (Portuqaliya) - 3:1
Qollar: Smolders, 7-pen. İbrahima, 78. Arbeitman, 82 - Saleiro, 39
Matçın 77-ci dəqiqəsində qonaqların futbolçusu Abel meydandan qovulub.
| 1 | "Sportinq" |
4 | 3 | 0 | 1 | 13-5 | 9 |
| 2 | "Lill" |
4 | 1 | 2 | 1 | 5-5 | 5 |
| 3 | "Levski" |
4 | 1 | 1 | 2 | 5-10 | 4 |
| 4 | "Gent" |
4 | 1 | 1 | 2 | 7-10 | 4 |
D qrupu
“Brügge” (Belçika) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 0:2
Qollar: Sammer, 55. Biskan, 59
PAOK (Yunanıstan) - “Vilyarreal” (İspaniya) - 1:0
Qol: Vierinya, 70
| 1 | PAOK |
4 | 2 | 1 | 1 | 4-3 | 7 |
| 2 | "Dinamo" |
4 | 2 | 1 | 1 | 5-2 | 7 |
| 3 | "Vilyarreal" |
4 | 2 | 0 | 2 | 3-4 | 6 |
| 4 | "Brügge" |
4 | 0 | 2 | 2 | 2-5 | 2 |
E qrupu
BATE (Belarus) - “Şerif” (Moldova) - 3:1
Qollar: Rodyonov, 16. Pavlev, 70. Bressan, 75 - Eroxin, 32
“Dinamo” (Kiyev, Ukrayna) - “Alkmaar” (Hollandiya) - 2:0
Qollar: Milevski, 47. 61
| 1 | BATE |
4 | 3 | 1 | 0 | 10-4 | 10 |
| 2 | "Dinamo" |
4 | 2 | 1 | 1 | 6-5 | 7 |
| 3 | "Alkmaar" |
4 | 1 | 0 | 3 | 4-9 | 3 |
| 4 | "Şerif" |
4 | 1 | 0 | 3 | 4-6 | 3 |
F qrupu
ÇSKA (Moskva, Rusiya) - “Palermo” (İtaliya) - 3:1
Qollar: Honda, 47. Necid, 50. 54 - Makkarone, 10
Matçın 31-ci dəqiqəsində qonaqların futbolçusu Nokerino meydandan qovulub.
“Lozanna” (İsveçrə) - “Sparta” (Çexiya) - 1:3
Qollar: Kats, 6 - Vilfrid, 45. 90. Kyuke, 75
| 1 | ÇSKA |
4 | 4 | 0 | 0 | 12-1 | 12 |
| 2 | "Sparta" |
4 | 2 | 1 | 1 | 9-9 | 7 |
| 3 | "Palermo" |
4 | 1 | 0 | 3 | 4-9 | 3 |
| 4 | "Lozanna" |
4 | 0 | 1 | 3 | 4-10 | 1 |
G qrupu
AEK (Yunanıstan) - “Anderlext” (Belçika) - 1:1
Qollar: Blanko, 49-pen - Polak, 55
“Hayduk” (Xorvatiya) - “Zenit” (Rusiya) - 2:3
Qollar: Lyubiçiç, 68. Vukusiç, 82 - İonov, 32. Husti, 47-pen. Rozina, 51
| 1 | "Zenit" |
4 | 4 | 0 | 0 | 12-5 | 12 |
| 2 | "Anderlext" |
4 | 1 | 1 | 2 | 5-5 | 4 |
| 3 | AEK |
4 | 1 | 1 | 2 | 6-9 | 4 |
| 4 | "Hayduk" |
4 | 1 | 0 | 3 | 4-8 | 3 |
H qrupu
“Xetafe” (İspaniya) - “Ştutqart” (Almaniya) - 0:3
Qollar: Marika, 26. Qebhart, 64. Harnik, 76
Matçın 79-cu dəqiqəsində qonaqların futbolçusu Marika meydandan qovulub.
“Odense” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) - 2:0
Qollar: Andreasen, 12. 60.
1
"Ştutqart"4
4
0
0
9-1
12
2
"Yanq Boyz"4
2
0
2
6-7
6
3
"Xetafe"4
1
0
3
2-7
3
4
"Odense"4
1
0
3
6-8
3
I qrupu
PSV (Hollandiya) - “Debretsen” (Macarıstan) - 3:0
Qollar: Afellay, 22. Reis, 44. Vuytens, 87
“Sampdoriya” (İtaliya) - “Metallist” (Ukrayna) - 0:0
| 1 | PSV |
4 | 3 | 1 | 0 | 8-2 | 10 |
| 2 | "Metallist" |
4 | 2 | 1 | 1 | 7-3 | 7 |
| 3 | "Sampdoriya" |
4 | 1 | 2 | 1 | 3-3 | 5 |
| 4 | "Debretsen" |
4 | 0 | 0 | 4 | 1-11 | 0 |
J qrupu
PSJ (Fransa) - “Borussiya” (Dortmund, Almaniya) - 0:0
“Sevilya” (İspaniya) - “Karpatı” (Ukrayna) - 4:0
Qollar: Alfaro, 9. 42. Çiqarini, 31. Neqredo, 51
| 1 | "Sevilya" |
4 | 3 | 0 | 1 | 6-1 | 9 |
| 2 | PSJ |
4 | 2 | 2 | 0 | 4-1 | 8 |
| 3 | "Borussiya" |
4 | 1 | 2 | 1 | 5-5 | 5 |
| 4 | "Karpatı" |
4 | 0 | 0 | 4 | 3-11 | 0 |
K qrupu
“Liverpul” (İngiltərə) - “Napoli” (İtaliya) - 3:1
Qollar: Cerard, 75. 88. 89 - Lavezzi, 28
“Styaua” (Rumıniya) - “Utrext” (Hollandiya) - 3:1
Qollar: Qardos, 29. Stançu, 52. 53 - Mertens, 33
1
"Liverpul"4
2
2
0
7-2
8
2
"Styaua"4
1
2
1
8-9
5
3
"Napoli"4
0
3
1
4-6
3
4
"Utrext"4
0
3
1
2-4
3
L qrupu
“Porto” (Portuqaliya) - “Beşiktaş” (Türkiyə) - 1:1
Qollar: Falkao, 36-pen - Nihat, 62
Matçın 59-cu dəqiqəsində meydan sahiblərindən Rodriqez, 66-cı dəqiqəsində isə qonaqlardan İbrahim Toraman qırmızı vərəqə ilə cəzalandırılıb.
“Rapid” (Avstriya) - ÇSKA (Sofiya, Bolqarıstan) - 1:2
Qollar: Salihi, 5-pen - Yançev, 50. Markyunhos, 64
| 1 | "Porto" |
4 | 3 | 1 | 0 | 8-2 | 10 |
| 2 | "Beşiktak" |
4 | 2 | 1 | 1 | 5-5 | 7 |
| 3 | "Rapid" |
4 | 1 | 0 | 3 | 4-7 | 3 |
| 4 | ÇSKA |
4 | 1 | 0 | 3 | 2-5 | 3 |
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video