Bu gün “Qalatasaray” klubunun idman direktoru Adnan Sezginlə birlikdə mətbuat konfransı keçirən “Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov komandalar arasındakı əməkdaşlıqla bağlı fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, “Qalatasaray” klubu ilə yoldaşlıq oyunu keçirmək istədiklərini bildirən Süleymanov daha sonra bunları deyib: “Hazırda biz klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə “Qalatasaray”la əməkdaşlıq edirik. Ötən gün iki klub arasında əməkdaşlıq barəsində müzakirələr apardıq. Təbii ki, burada əsas məqsədimiz məşqçimiz Covanni Merkiorrenin məsələsini həll etməklə yanaşı, klublarımız arasında sıx əməkdaşlıq yaratmaqdır. Biz yanvar ayında Antalyada təlim-məşq zamanı “Qalatasaray”la yoldaşlıq oyunu da keçirmək istəyirik. Bununla belə, uşaq futbolu sahəsində də əməkdaşlığımız nəzərdə tutulub”.
Daha sonra azərbaycanlı futbolçuların Türkiyənin böyük klublarında forma geyə bilməməsinə də münasibət bildirən Süleymanov bu haqda belə danışıb: “Çox maraqlıdır ki, İngiltərə klubları azərbaycanlı futbolçularla maraqlandığı halda, oyunçularımız Türkiyə böyük klublarının heç maraq dairəsinə belə düşə bilmir. Biz bu məsələni də ətraflı müzakirə etdik. Artıq bundan sonra 3-4 futbolçumuz “Qalatasaray”ın düşərgəsinə yollanaraq orada hazırlıq dövrü keçəcəklər. Eyni zamanda baş məşqçimiz Arif Əsədov və digər məşqçilərimiz də “Qalatasaray”ın düşərgəsində olacaq. Əgər mümkün olsa, gələn yay, Bakıda Tofiq Bəhrəmov adına stadionda “Neftçi” – “Qalatasaray” oyununu yüksək səviyyədə keçirməyi planlaşdırırıq. Bildiyiniz kimi, “Neftçi” Azərbaycan futbolunun flaqmanıdır və bizim hədəfimiz ölkəmizi Avropada yüksək səviyyədə təmsil etməkdir. “Neftçi” klubunun əvvəlki şöhrətini özünə qaytarmaq üçün əlimizdən gələni edəcəyik. Bu mənada düşünürəm ki, “Qalatasaray”la olan bu əməkdaşlığımız bizə böyük xeyir verəcək. Təbii ki, əməkdaşlımız 3-5 il deyil, daha uzunömürlü olacaq”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video