«Bakıya gəldiyimə görə çox xoşbəxtəm». Qol.Az-ın məlumatına görə, bu sözləri «Neftçi» klubunun dəvətilə Bakıda səfərdə olan İstanbulun «Qalatasaray» klubunun idman direktoru Adnan Sezgin bu gün keçirdiyi mətbuat konfransında bildirib. O, səfərinin məqsədinin hər iki klub arasında əməkdaşlıq məsələsilə bağlı olduğunu deyib: «Bakıya təkcə məşqçimiz Covanni Merkiorreyə görə gəlməmişəm. Müqaviləylə «Neftçi»yə məxsus olan bu məşqçinin «Qalatasaray»da işləməsi üçün yaranan çətinliklər yaxın vaxtlarda həllini tapacaq».
Adnan Sezgin hələ bir müddət əvvəl «Neftçi» klubundan Bakıya dəvət aldıqlarını, lakin gərgin iş qrafiklərinə görə bu səfəri gerçəkləşdirə bilmədiklərini deyib: «İndi bu səfəri həyata keçirdik. İnanıram ki, biz, xüsusilə aşağı yaş qrupu üzrə komandalar sahəsində çox yaxşı əməkdaşlıq edəcəyik. Bundan başqa, qış fasiləsində Antalyada təlim-məşq toplanışında olarkən hər iki klubun əsas komandaları arasında yoxlama oyunu keçirməyi nəzərdə tutmuşuq».
Daha sonra Adnan Sezgin jurnalistlərin suallarını cavablandırıb. Azərbaycan millisi haqda danışan «Qalatasaray» rəsmisi yığmamızın yaxşı potensialı olduğunu bildirsə də, komandada böyük çatışmazlıqlara rast gəlindiyini deyib.
O, hazırda Azərbaycandan hansısa futbolçunun Türkiyənin böyük klublarında oynamaq gücündə olmadığını da vurğulayıb: «Bu gün azərbaycanlı futbolçunun «Qalatasaray»da və ya «Fənərbaxça»da oynaması real görünmür. Amma gələcəkdə hər şey ola bilər».
«Qalatasaray» çempion olsa, baş məşqçi Georgi Hacı komandanızda qalacaqmı» sualına cavabında Adnan Sezgin bunları söyləyib: «Biz Hacıyla bir illik müqavilə bağlamışıq. Mövsümün sonunda nə olacağını indidən deyə bilmərəm. «Qalatasaray»ın hədəfi yalnız çempionluqdur. Hacı komandamızda qalacaq, ya yox, bunu zaman göstərəcək».
Adnan Sezgin «Qalatasaray»ın uğursuzluğunu baş məşqçinin üzərinə atılması fikri ilə razılaşmayıb: «Əgər uğursuzluq olursa, burada təkcə baş məşqçinin deyil, bütün komandanın təqsiri var».
Adnan Sezgin «Qalatasaray»da futbolçuları təzyiq olunması ilə bağlı xəbərlərə də münasibət bildirib: «Belə bir şey yoxdur. Mən də bununla bağlı məlumatları mediada oxuyuram. Amma bunlar həqiqət deyil. Əksinə bizim klubda futbolçulara çox böyük dəstək var».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video