Bakının «Neftçi» klubunun prezidenti Sadıq Sadıqov dünən axşam Azərbaycana gələn İstanbul «Qalatasaray»ının vitse-prezidenti Adnan Sezginlə görüşməyəcəyini deyib. Bu haqda S.Sadıqov özü «Futbol+» qəzetinə açıqlamasında bildirib.
Qeyd edək ki, Sezginin Azərbaycana səfərinin məqsədi müqaviləylə «Neftçi»yə məxsus olan rumıniyalı məşqçi Covanni Melkiorrenin «Qalatasaray»a keçidi məsələsində yaranmış problemi həll etməkdir.
«Covanni ilə müqavilə imzalayarkən ona müəyyən məbləğdə pul vermişik. Lakin müqavilə müddəti başa çatmadığından, o, komandanı tərk etmək qərarına gəldi. Belə hallara dünya praktikasında dəfələrlə rast gəlmişik. Razılaşaq ki, bu durumda ya «Qalatasaray» tərəfi, ya da Melkiorrenin özü komandamıza pul ödəməlidir. Həmin məbləğin təxminən 100 min dollar olacağını söyləmişəm» - deyə Sadıq Sadıqov bildirib.
«Neftçi»nin prezidenti qeyd edib ki, «Qalatasaray»ın vitse-prezidentiylə özü yox, Tahir Süleymanov görüşüb: «Əslində hər xırda məsələyə görə kimisə qəbul etməyim düzgün deyil. Bakıya «Qalatasaray»ın vitse-prezidenti gəlibsə, deməli, Tahir Süleymanovla görüşməlidir. Prezidentləri gəlsəydi, başqa məsələ».
S.Sadıqov bildirib ki, «Qalatasaray» klubu ilə əməkdaşlıq «Neftçi» üçün puldan daha vacibdir: «Məsələn, tələb etdiyimiz 100 dollardan imtina edib «Qalatasaray»la yoxlama görüşü keçirə bilərik. Yaxud «Neftçi»ni aşağı yaş qrupu üzrə komandalarını təcrübə toplamaq məqsədilə Türkiyəyə göndərməyimiz mümkündür. «Qalatasaray»ın Antalya və digər şəhərlərdəki bazalarından da yararlana bilərik. Bütün bunlar hər iki klubun rəsmiləri arasındakı söhbətdən sonra bəlli olacaq».
Qeyd edək ki, artıq T.Süleymanov və A.Sezgin arasında danışıqlar başa çatıb. Görüşün yekunlarına dair bu gün saat 13.00-da hər iki klub rəsmisinin mətbuatı konfransı keçiriləcək.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video