“Qalatasaray”ın vitse-prezidenti Bakıda

“Qalatasaray”ın vitse-prezidenti Bakıda
ÖLKƏ FUTBOLU 3 Noyabr 2010 / 23:15 2242
-  A +

Bugün Türkiyənin “Qalatasaray” komandasının vitse-prezidenti Adnan Sezgin Bakıya gəlib. Qol.Az-ın məlumatına görə, klubun rəsmisinin paytaxtımıza səfərinin məqsədi məşqçi Covanni Melkiorrenin “Qalatasaray”a keçidini rəsmiləşdirməkdir. George Haci “Qalatasaray”a baş məşqçi təyin olunduqdan sonra Melkiorreyə birlikdə işləmək istədiyini bildirmiş və “Neftçi” klubu da italyan mütəxəssisə danışıqlar aparmaq üçün Türkiyəyə getməyə icazə vermişdi. Ancaq rəsmi müqavilə imzalanmadan “Qalatasaray”ın rəsmi saytında Melkiorrenin adının klubun məşqçilər siyahısında göstərilməsi “flaqman”ı ayağa qaldırmışdı. Belə ki, məlum olduğu kimi “Neftçi” klubunun rəsmi saytı da məsələ ilə bağlı UEFA-ya şikayət ediləcəyini bildirmişdi. Görünür elə bu proseslər “Qalatasaray” rəsmisinin Bakıya səfər etməsinə səbəb olub. Qeyd edək ki, Adnan Sezgin səfər çərçivəsində”Neftçi”nin prezidenti Sadıq Sadıqovla görüşüb məsələni həll etməyə çalışacaq. Əldə edilən məlumata görə, “Neftçi” klubu Melkiorrenin keçidinin baş tutması üçün “Qalatasaray”dan 100 min ABŞ dolları tələb edir.

Son xəbərlər