"Neftçi" Unibank Premyer Liqasının 12-ci turunda noyabrın 6-da qarşılaşacağı "İnter"lə oyunun hazırlığını davam etdirir. Qol.Az-ın məlumatına görə, bu arada baş məşqçi Arif Əsədov komandanın son durumu haqqında fikirlərini klubun rəsmi saytına bildirib.
- "İnter"lə oyuna hazırlıq prosesi necə gedir?
- Bu oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadığından, istirahət etmədən futbolçuları məşq toplantısına yığdıq. "Bakı" ilə görüşdə iştirak edən futbolçular bərpa prosesi keçiblər, digərlərini isə ciddi məşqlərlə yükləmişik. Komandada əhval-ruhiyyə çox yaxşıdır. Bundan başqa, gündə bir dəfə olmaqla məşq edirik. Komandanın kapitanı Rail Məlikovun zədəsi sağalmayıb. Üstəlik, Cavid İmamverdiyev, Ruslan Qurbanov və Vladimir Burdulinin yungül zədələri var. Bununla belə, "İnter"lə oyuna yalnız qələbə qazanmaq üçün çıxacağıq. İlk dövrəni turnir cədvəlinin zirvəsində bitirdik. İkinci dövrəyə qələbə ilə başlamaq və xal ehtiyatımızı rəqiblərdən asılı olmayaraq artırmaq istəyirik.
- Fiziki hazırlıq üzrə məşqçi Covanni Melkiorre Türkiyənin "Qalatasaray" klubuna yollandı. Hazırda komandada onun işini kim yerinə yetirir?
- Çempionatın hazırlıq dönəmində biz fiziki təmrinlərdən az istifadə edirdik, əsasən kombinasiyalar üzərində çalışırdıq. Melkiorre olanda da fiziki hazırlıq məşqləri mənim göstərişimlə həyata keçirilirdi. Bu gün də onu əvəz edən məşqçilərimiz var ki, məşqdən əvvəl istiqamət verirəm, onlar da yerinə yetirirlər. Həmişə demişəm ki, əvəzedilməz məşqçi, əvəzedilməz futbolçu yoxdur. Bizim komandada hər bir şey öz qaydasındadır.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video