“Qol buraxmasan məğlub olmazsan. Bizim son iki oyunumuzda vəziyyət eyni ilə belə idi. Xüsusi ilə “İnter”i 1:0, “Xəzər Lənkəran”ı isə 4:1 məğlub etdikləri son iki ev oyunlarına baxdıqda şənbə günü “Gəncə”yə səfərimizin çətin olacağı görünürdü”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Toni Adamsın əsas köməkçisi Qari Stivens söyləyib.
Ənənəvi olaraq, hər oyundan sonra komandanın çıxışını analiz edən britaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında son oyunla bağlı bunları dilə gətirib: “5 oyun idi ki, uduzmurduq. Bu nəticələr bizim üçün yaxşı gedişatın göstəricisi idi. Eyni zamanda komandamızda əminlik üçün yaxşı əsas idi. Amma bu çətin oyun qabağı özümüzdən razı da olmamalıydıq. Müdafiədə sayıq olmalı idik. Şənbə günü oyunun ilk hissəsində bir gün əvvəl məşq etdiyimiz sahədə o qədər də yaxşı oyun nümayiş etdirmirdik. Meydançanın səthi hamar deyildi. Xüsusən də səthin sürüşkən olması nəzərə çarpırdı. Son yağış hələ meydançanın yuxarı qatından süzülməmişdi. Butsilər üçün düzgün daban seçimi oyunçular üçün yaxşı oyun göstərmək və topa sahib olmaq qədər vacib məsələ idi.
Səbəbini bilmək çətindir, amma bir komanda kimi başlanğıcdan enerjimizin çatışmazlığı hiss olunurdu. Yüksək sürət göstərə bilmədiyimiz məlum idi, ona görə də qol buraxmadan ilk 45 dəqiqəni başa vurmaq bizi nisbətən sakitləşdirdi. İkinci hissə üçün komandanı həvəsləndirməliydik. Buna görə də Abdulkader Kamara və Terri Kuku müvafiq olaraq Qoqa Beraya və Kristian Torreslə əvəzləməyə qərar verdik.
Biz fasiləni adətən oyunçuların ikinci hissəyə yaxşı əhval ruhiyyədə başlaya bilmələrini təmin etmək də daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə edirik. Biz həmçinin fasiləni oyunçuların düzülüşünü (oyun starategiyamızı) dəyişmək və şənbə günü olduğu kimi oyunçuların öz vəzifələrinin öhdəsindən gəldiklərindən əmin olmaq üçün də istifadə edə bilərik
İkinci hissədə nisbətən yaxşı oynayırdıq. Amma hələ də real üstünlüyümüz yox idi. Buna görə də, çox az qol şansı yaradırdıq. Əslində Terri Kuk çox yaxşı zərbə mövqeyinə çıxsa da, hədəfə düşə bilmədi.
“Gəncə” bizdən çox qol şansı yaradırdı və buna görə zaman-zaman büyük təzyiq altında qalırdıq. Bizim qapıçmız və iki mərkəzi müdafiəçimiz çox yaxşı oyun nümayiş etdirdilər. Hər üç oyunşunun 0:0 hesabını əldə etməyimizdə çox böyük zəhməti olduğunu xüsusi qeyd etmək lazımdır.
Son həftələrdə oyunçular arasında ötürmələr şənbə günü “Gəncə” ilə oyundakından çox daha yaxşı idi. Əslində meydançanın vəziyyətinin də bunda rolu böyük idi. Ancaq hücumdakı oyunçularımızı daha keyfiyyətli ötürmələr alıb məhsuldar oynamaları üçün təzyiq altında belə daha cəsarətli oynamaq lazımdır.
Bir futbol komandasını qurub inkişaf etdirmək kiçik hissələrə ayrılmış portretin yenidən birləşdirilməsinə bənzəyir, buna görə də vaxt lazımdır. Müdafiədə oyunumuzun yuxarı səviyyədə olduğunu qeyd etmək lazımdır. İndi oyunumuzun hücum tərəfi üzərində də çalışıb daha çox qol vurmağa ehtiyacımız var. Artıq bütün komanda ilə hücumçulardan başlayaraq müdafiə olunuruq, eyni zamanda hücuma bütün komanda birlikdə çıxırıq. Hər bir oyunçu öz üzərinə düşən məsuliyyətin öhdəsindən gəlməyə çalışır. Biz məşqlərdə hər tərəfli inkişaf üçün çox çalışırıq. Xüsusən də daha çox qol vurmağın yollarını axtarırıq”.
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı
1-ci liqada 11-ci tur başladı
Messi "Atletiko"nun kapitanını istəyir
“Sabah” – “Qarabağ” oyununun hakimləri açıqlandı
Levandovski MLS yolunda
İbrahimoviçin oğlu "Milan"ın Superkubok üçün heyətində
Kiyev "Dinamo"sunun yeni baş məşqçisi məlum oldu
Azərbaycan klubları ötən il nə qədər gəlir əldə ediblər?
"Klublar lisenziyalaşdırma ilə bağlı məsələyə məsuliyyətlə yanaşmalıdır" - Rövşən Nəcəf
AFFA rəsmisi FİFA-nın plenar iclasında
"Məni də çox tənqid edirdilər"
Ertem Şenerdən Rəşad Sadıqov haqda maraqlı açıqlama - Video
Mendi ilə müqavilə uzadıldı
FİFA referisi 1-ci liqa oyununa təyinat aldı
"Çelsi" Estevaonu itirdi
Dünya çempionatında iştirak üçün FİFA-ya şikayət etdilər
Ronaldo "The Best" səsverməsində iştirak etmədi
“Sabah” Çempionlar Liqası ilə vidalaşdı
FİFA DÇ-2026 üçün yeni bilet kateqoriyası təqdim etdi
Qadın futbolunda ilin ən yaxşı qol müəllifi bəlli oldu
"Mançester Siti"nin hücumçusu mövsümü başa vurdu
İlin rəmzi komandasında hansı futbolçular var?