«Biz Azərbaycan milli komandası ilə noyabrın 17-də keçiriləcək yoldaşlıq oyununa ciddi hazırlaşırıq». Qol.Az-ın xəbərinə görə, bu sözləri Çernoqoriya millisinin baş məşqçisi Zlatko Krançar ölkəsinin mətbuatına verdiyi müsahibədə bildirib. Baş məşqçi bu qarşılaşmaya adi bir matç kimi yanaşmadığını və bu səbəbdən heyətdə eksperiment aparmayacağını vurğulayıb: «Yeni adların axtarışları üçün heç bir əsas yoxdur. Ona görə ki, bizim sərəncamımızdakı 28 futbolçunun hamısı adlarının iştirak ərizəsinə düşməsi üçün səylə çalışır. Gənclərə kifayət qədər şans verilib. Kimisi ondan istifadə edir, kimisi edə bilmir».
Krançar futbolçularını Azərbaycan komandasına ciddi yanaşmağa çağırıb: «Rəqibi qiymətləndirməmək olmur. Hətta yoldaşlıq matçı olsa belə, biz öz oyun ritmimizi qoruyub saxlamalıyıq. Bunu isə qarşıdakı oyuna ciddi yanaşaraq edə bilərik. Biz AVRO-2012-yə yaxşı başlamışıq (Çernoqoriya İngiltərənin də yer aldığı qrupda birinci yerdədir - red.), öz oyunumuzu tapmışıq və onu itirməməliyik».
Xorvatiyalı mütəxəssis Azərbaycan millisinin heyəti haqda da fikirlərini bölüşüb: «Azərbaycan millisinin yaxşı futbolçuları var. Əgər biz Azərbaycan komandasını qiymətləndirməsəydik, onlarla yoldaşlıq oyununa razılıq verməzdik. Bu mənada, biz peşəkar olmalı və yalnız qələbəyə oynamalıyıq».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video