"Bakı" klubunun xorvatiyalı futbolçusu Aleksandar Şoliç "Toplu Bakı" jurnalına verdiyi müsahibədə futbola gəlişi, futbolçu karyerası və hazırkı komandası haqda danışıb.
Bəlkə də mən futbolçu olmazdim…
8 yaşında idım. Təhsil aldığım orta məktəbin yaxınlığında böyük bir idman qurğusu fəaliyyət göstərirdi. Riyeka şəhərini təmsil edən “Opatiya” klubunun idarəsi də bu binada yerləşirdi. Təbliğatçılar Aşağı sinif şagirdlərini idmana cəlb etmək üçün dərslərimizə gələrək həvəsi olan uşaqları dərnəklərə yığırdılar. Günlərin bir günü sinifə karate bölməsinə seçim üçün gənc bir müəlim daxil oldu. Bir az söhbət edəndən sonra kimin karate məşqələlərində iştirak etmək istədiyini soruşdu. Əllərini qaldıranlar arasında mən də vardım. Həmin gündən karateyə getdim. Mənə çətin idi. Heç kimi tanımırdım. Sıxılmağa başladım. 10-15 gün sonra isə futbol bölməsinə yazılmaq istəyənləri seçirdilər. Parta yoldaşım, həm də qonşum əlini qaldırdı. Fikrimi dəyişdim. Dedim gedim futbola. Həm dost, həm də yol yoldaşı olacaqdı mənə. Beləliklə, futbolu seçdim. İlk müəllimim 70 yaşında idi. Onu tez-tez hirsləndirirdim. Amma o çox səbirli idi.
Xorvatiya I liqasında oynayan ən gənc futbolçuyam
14 yaşımda məni “Riyeka” klubuna icarəyə verdilər. 15 yaşımda “Riyeka”da “Dinamo” kimi komandaya qarşı oynamışam. Hər oyun əsas heyətdə meydana çıxırdım. Bu o vaxt üçün rekord idi. Müqaviləm başa çatandan sonra “Opatiya”ya qayıtdım. 16 yaşımda məni bütün Xorvatiya tanıyırdı. Bu klubda hər oyunda meydana çıxırdım. Ümumiyyətlə, mən harada olmuşamsa, orada birinci olmuşam.
Əsas məqsədim legioner həyatı yaşamaq olub
Uşaqlıqdan Almaniya bundesliqasında oynamağlı xəyal edirdim. Xorvatiyada futbolçuların əsas məqsədi ölkə xaricinə çıxmaqdır. Mən də bu məqsədlə 17 yaşımda Belçikaya yollandım. 2001-ci ildə “Jerminal”la anlaşdım. Məni satmadılar. Klubum böyük pullar istədi. İcarə əsasında mövsümü bitirib geri qayıtdım. 2002-də “Pamorats”a keçdim. 2005-dən isə “Zadar”da oynadım. 2006-cı ilin yanvarında Bolqarıstan “CSKA”sına keçidim həll olunmuşdu. Son anda baş məşqçinin istefası planlarımı pozdu. “Xorvatskiy Draqovolyats”da 6 ay oynadım. 2006-2009-cu illərdə karyeramı Xorvatiya I liqasının “NK Osiyek” klubunda davam etdirdim.
Bosniya və Hersoqovinanın elçisi
2 dəfə A milli komandanın heyətində rəsmi oyuna çıxmışam. Hər ikisində 90 dəqiqə. Xorvatiyada doğulub- böyüsəm də, valideynlərim əslən buralıdır. Bosniya pasportumu da milliyə görə almışam. Burada da bəxtim gətirmədi. Baş məşqçi istefa verən kimi unuduldum. Yeni məşqçi əsas diqqəti aparıcı Avropa liqalarında oynayan futbolçulara cəmlədi. O vaxt mən “Qalatasaray”dakı Zvezdan Misimoviç, “Volfsburq”dakı Edin Dzeko kimi miliyonlarla avro qiyməti olan futbolçularla bir komandada oynamışam.
Özümü Azərbaycanda tapdım
İndiyə qədər bir çox klublarda oynamışam. Oyunumu Azərbaycanda, “Bakı”da tapdım. Bu klub mənə milyonlardan da qiymətli anlar bəxş edib. Mən “Bakı”ya görə Zaqreb “Dinamo”sunun cəlbedici təklifinə yox demişəm. Fəxr edirəm ki “Bakı”dayam, onun prezidenti cənab Hafiz Məmmədov böyük hörmətim var. Futbolu sevən insandır. Futbolçulara tək prezident deyil, həm də dostdur. Onun simasında bütün “Bakı”sevərlərin etimadını doğrultmalıyam. Azərbaycandan yalnız bir halda gedə bilərəm: Avroliqa və ya Çempionlar Liqasının qrup mərhələsində oynayandan sonra! Bunu reallaşdırmaq üçün bundan sonra da bacardığımı edəcəm.
Zinəddin Zidan kimi futbolçu bir də doğulmayacaq
Onun kimisi olmayıb, olmayacaq da. Zinəddin bu günə kimi gördüyüm ən yaxşı futbolçudur. Onun futbol bacarığına heyranam. O, ustaddır. Məncə, bir daha onun kimi idtedad doğulmayacaq. Zidandan öyrənilməli çox şeylər var.
Futbol inadkar, qətiyyətli və çətinliklərdən qorxmayan insanların oyunudur!
Gənc futbolçulara demək istəyirəm: Heç vaxt geri çəkilməyin. Futbol ruhdan düşən adamlar üçün deyil. İnad edin, sona qədər gedin. Futbolçu gərək özünü aldatmasın, rejimə və həyat tərzinə əməl etsin. Məcbur yox, iradəsi ilə sevsin futbolu. Mən bu cür olmuşam. Qidaya, istirahət və məşqlərə - bir sözlə hər xırdalığa fikir vermək lazımdır. Sonra gec olur.
“Bakı” məni valeh edib!
Bütün günü bazada oluruq. Axşama kimi müxtəlif yaşlı komandalar məşq edirlər. Onlara baxıb, xoş mənada paxıllıq edirəm. Gələcək onlarındır. Biz kluba kömək etmək üçün gəlmişik, bir gün karyeramız başa çatacaq. Azərbaycan futbolunun sabahı isə onların əlindədir. İlyarımdır ki, Azərbaycandayam. “Bakı” ilyarımda min hətta milyon dəfə peşəkarlaşma yönümüdə artırıb. “Bakı”nın etdiyin, hamı, bütün klublar etsin. Uşaq futbolçulara diqqət göstərməklə milyonlarla pula da qənaət edəcəklər. Gənclər isə bu qayğı və diqqətin qədrini bilməlidirlər, klubların uğuru barədə düşünməlidirlər.
Futbolu seçdiyimə görə peşiman deyiləm
Karyerama nəzər salaraq düşünürəm ki, qismətimlə barışıb, Allaha şükürlər etməliyəm. Məndən yaxşı futbolçular olub ki indi futbolda yoxdular. Allaha şükür, ağlımla hərəkət edərək çox şeyə nail ola bilmişəm. Çox sınaqlardan keçmişəm. Futbolu seçdiyimə görə heç vaxt peşiman olmamışam.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya