"Neftçi" PFK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Əşrəfoğlunun klubun rəsmi saytına verdiyi məlumata görə, İngiltərənin "Everton" klubundan xoş xəbər daxil olub. Qol.Az-ın məlumatına görə, "Everton" klubu millimizin də şərəfini qoruyan Araz Abdullayevlə müqaviləsini təsdiqləyib. Bununla bağlı kluba məlumat daxil olub: “Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun birbaşa tapşırığı ilə Araz Abdullayevin "Everton"a transferi ilə bağlı müqaviləsinə Azərbaycan futbolunun inkişafı və futbolçumuzun xeyri naminə bir neçə bənd əlavə olunmuşdu. Sevindirici haldır ki, "Everton" tərəfi də bunu təsdiqləyib. Bir sözlə, Araz yanvarın 1-dən "Everton"un futbolçusu olacaq. Bununla əlaqədar İngiltərə klubunun rəhbərliyi Bakıya təşrif buyuracaq və paytaxtımızda müqavilənin imzalanması mərasimi keçiriləcək. "Neftçi" Azərbaycanın ən köklü futbol klubudur və təbii olaraq güclü İngiltərə Premyer Liqasında ilk azərbaycanlı olaraq iştirak etmək hüququ da məhz "Neftçi"nin futbolçusuna qismət olacaq. Bu bir daha göstərir ki, "Neftçi" futbol klubunda yeniyetmə, gənc futbolçulara qayğı böyükdür və Azərbaycan futbolunun gələcəyi etibarlı əllərdədir" – deyə Elnur Əşrəfoğlu bildirib.
Araz Abdullayev bununla bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Everton"un futbolçusu olacağım üçün qürur duyuram. Mənə belə şərait yaradıldığına görə "Neftçi" PFK-nın rəhbərliyinə təşəkkürümü bildirirəm. Həm Azərbaycanın, həm də "Neftçi"nin adını uca tutmağa, vətənimi layiqincə təmsil etməyə çalışacağam. Ümid edirəm ki, gözəl oyunumla həm "Everton" fanatlarını, həm də azərbaycanlı azarkeşləri sevindirəcəyəm".
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video