Həmyerlimiz Rəşad Sadıqovun da forma geydiyi “Eskişəhərspor” klubu Türkiyə Super Liqasının növbəti turu çərçivəsində sabah “Ankaragücü” ilə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, millimizin əsas futbolçusu olan Rəşadın bu oyunda da əsas heyətdə meydana çıxacağı gözlənilir. Yeni baş məşqçi Bülənt Uyğunun komandaya gəlməsindən sonra daha inamlı təsir bağışlayan “Eskişəhərspor” Superliqanın son turunda “Karabükspor”u 2:1 hesabı ilə məğlub edərək turnir cədvəlinin 13-cü pilləsinə yüksəlib. Təbii ki, “Eskişəhərspor” bu uğurun davamını gətirmək üçün sabahkı oyunda da qalib gəlməyə çalışacaq.
Bu arada artıq komandanın təxmini heyəti də açıqlanıb. Qardaş ölkədən olan həmkarlarımız kubok matçında forma geyməyən millimizin kapıtanının da bu qarşılaşmada start heyətində yer alacağını yazırlar:
İveşa- Koray, Sadıqov, Nadareviç, Volkan- Erkan, Pele, Doğa, Sezər, Batuhan və Ümit Karan. Qeyd edək ki, Eskişəhər Atatürk Stadionunda keçiriləcək “Eskişəhərspor” - “Ankaragücü” oyunu sabah yerli vaxtla saat 17:30-da (Bakı vaxtı ilə 19:30) başlayacaq.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video