TFF-dən millimizin sabiq üzvünə sərt cəza

TFF-dən millimizin sabiq üzvünə sərt cəza
ÖLKƏ FUTBOLU 29 Oktyabr 2010 / 12:56 2619
-  A +

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi ötən həftə baş verən intizamsız hərəkətlərlə bağlı qərarını açıqlayıb. Qol.Az-ın məlumatına görə, cəzalandırılan futbolçular arasında millimizin sabiq üzvü Ernani Pereyra da var. “Mersin İdman Yurdu” klubunda forma geyən Pereyra ötən həftə Bank Asya birinci liqasında baş tutmuş qarşılaşmada rəqibi ilə mübarizə zamanı kobudluğa yol vermiş və birbaşa qırmızı vərəqə ilə cəzalandırılmışdı. Adı çəkilən qurum Ernaniyə 3 oyunluq cəza verib. Dünən Türkiyə kubokunda “Beşiktaş”la qarşılaşmada forma geyə bilməyən Pereyra bundan sonra daha iki qarşılaşmada komandasına kömək edə bilməyəcək.

Daha çox


Son xəbərlər
17.12.25  15:40

Levandovski MLS yolunda