Dünən Türkiyə kubokunun pley-off mərhələsində növbəti qarşılaşmalar keçirilib. Qol.Az-ın məlumatına görə, baş tutmuş iki qarşılaşma ilə yekun vurulan pley-off mərhələsindən sonra qrup mərhələsində mübarizə aparacaq komandalar bəlli olub. Səfərdə aşağı divizion təmsilçisi "Karşıyaka" ilə qarşılaşan "Kayserispor" komandası əlavə vaxtda məyus olub və kubokda mübarizəni dayandırıb. Cari mərhələnin son matçı isə İstanbulda “Beşiktaş”la millimizin sabiq üzvü İlqar Qurbanovun forma geydiyi “Mersin İdman Yurdu” arasında baş tutub. Həmyerlimizin çıxış etmədiyi qarşılaşmada güclü rəqibinə 90 dəqiqə ərzində müqavimət göstərən qonaqlar əlavə vaxtda qapılarının toxunulmazlığını qoruya bilməyiblər. Nəticədə qələbə qazanan “Beşiktaş” kubokda yoluna davam edib. Pley-off mərhələsinin digər qarşılaşmaları isə oktyabrın 27-də keçirilmişdi.
Türkiyə kuboku
Pley-off mərhələsi
27 oktyabr
“Erciyesspor” – “Konya Şəkərspor” – 1:3
Qollar: Aşıkoğlu, 2 – Maviş, 61. Ozcan, 77. Çakmak, 86
“Qaziantep BB” – “Samsunspor” – 2:0
Qollar: Halman, 15, 50.
“Kırıkhanspor” – “Bandırmaspor” – 0:0 (penaltilərlə 4:3)
“Malatya Yeni Spor” – “Hacettəpə” – 2:0 (əlavə vaxtda)
Qollar: Ağdoğan, 99, 109
“Menemen Bələdiyəspor” – “Kasımpaşa” – 1:4
Qollar: Gündoğdu, 45 – Dimitrov. 12-pen. Martin, 36. Kurtuluş, 65. Kala, 71.
“Orduspor” – “Antalyaspor” – 1-2 (əlavə vaxtda)
Qollar: Yelkən, 45 – Özər, 9. Barış, 110
Matçın 84-cü dəqiqəsində meydan sahiblərindən Kostovski, 110-cu dəqiqədə isə “Antalyaspor”dan Barış qırmızı vərəqə ilə cəzalandırılıb.
“Ankaragücü” – “Tokatspor” – 3:1
Qollar: Sapara, 24. Akan, 72. Meye, 90 – Saqat, 88
“Eskişəhərspor” – “Dənizlispor” – 1:2
Qollar: Ümit, 73 – Yula, 53. Ahmet, 80
“Qaziantepspor” – “Telekomspor” - 4:0
Qollar: Kurtuluş, 35. Beto, 47. Yorginyo, 62. Ayxan, 75
“İstanbul BB” – “Dardanelspor” – 1:0
Qol: Qorxmaz, 83
“Konyaspor” – “Bucaspor” – 0:1
Qol: Qevik, 56
Matçın 85-ci dəqiqəsində "Bucaspor"dan Kaya, 90-cı dəqiqəsində isə ev sahiblərindən Montano meydandan qovulub.
“Sivasspor” – “Manisaspor” – 1:2
Qollar: Zita, 10 – Dikson, 45. Dika, 57
28 oktyabr
“Karşıyaka” – “Kayserispor” – 3:2 (əlavə vaxtda)
Qollar: Bezerra, 70 . Mustafa, 111. Barış, 114 – Ali Bilgin, 90. Zalayeta, 95
“Beşiktaş” – “Mersin İdman Yurdu” – 3:0 (əlavə vaxtda)
Qollar: Quti, 100. Bobo, 102, 113
Matçın 84-cü dəqiqəsində qonaq komandanın müdafiəçisi Həsən qırmızı vərəqə ilə cəzalandırılıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video