Rumıniya millisinin və Türkiyənin “Qalatasaray” klubunun sabiq futbolçusu Florin Bratu “Xəzər Lənkəran”a keçidi ilə bağlı maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, hazırda Buxarest “Dinamo”suna məxsus olub, icarə əsasında Bolqarıstanın “Liteks” komandasında oynayan 30 yaşlı hücumçu Lənkəran klubuna gəlişində problem yarandığını deyib: “Mən “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Redniklə telefonla mütəmadi olaraq əlaqə saxlayırdım. Onun komandasına keçməyə razı olsam da, görünür bu məsələdə müəyyən əngəllər var. Yayda Lənkərana keçidimin baş tutmaması üçün çox məyusam. Lakin bu transferin qışda baş tutacağına inanıram. Mənim “Liteks” klubu ilə müqavilə müddətim dekabrın sonlarında başa çatacaq. Lakin Bolqarıstan təmsilçisi müqavilə müddəti başa çatandan sonra mənim transfer hüququma sahib çıxmaq imkanına malikdir. Bununla belə, hazırda “Dinamo” klubuna məxsus olduğum üçün bu işlə məşğul olan şəxslərlə əlaqə yaradaraq məsələnin birdəfəlik həll edilməsinə çalışacağam. Hələlik isə bir qədər vaxtım var və əgər istəyimə nail olmasam, artıq digər komandalarla danışıqlara başlayacağam”.
Qeyd edək ki, Rumuniya milisinin heyətində 14 oyuna 2 qol vuran Florin karyerası ərzində Avropanın bir sıra klublarında Rumıniyanın “Traktorul”, “Rapid”, “Dinamo”, Türkiyənin “Qalatasaray”, Fransanın “Nant”, “Valansyenn” və Bolqarıstanın “Liteks” komandalarında forma geyib.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video