Son ölkə çempionu “İnter”in futbolçusu Petar Zlatinov klubun rəsmi saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, bolqarıstanlı orta sahə oyunçusu bir sıra maraqlı məqamlarla bağlı öz fikirlərini açıqlayıb:
- Petar, “Bakı”yla oyun çox vacib idi, “İnter” AZAL ilə oyunda böyük hesablı məğlubiyyətdən sonra bəraətə ehtiyacı var idi...
- Bəli, bizim bəraətə ehtiyacımız vardı. Çox vacib oyun oldu, lazımi səviyyədə kökləndik və haqlı olaraq qalib gəldik. Bu tempdə də davam edəcəyik.
- Qarşıdan “İnter”i Zaqatalaya səfər gözləyir. “Simurq” komandası barədə nə deyə bilərsiniz?
- “Simurq” maraqlı, gənc və ambisiyalı futbolçulardan formalaşdırılmış komandadır. Onlar nəyə qadir olduqlarını nümayiş etdirmək iqtidarındadırlar, buna görə də onları qiymətləndirməmək düzgün olmazdı. Bundan əlavə, “Simurq” son oyunda qalib gəlib və yaxşı əhval-ruhiyyədədirlər. Tam gücümüzü ortaya qoyub, yaxşı oyun nümayiş etdirməyə çalışacağıq.
- “İnter”in çempionluq şansını necə qiymətləndirirsiniz?
- Şansımız heç də pis deyil. Hazırda biz 3-cü yerdəyik və yuxarıda gedən komandalardan cəmi 2-4 xal arxadayıq. Rəqiblərimizin istənilən an büdrəməsi bizim onları üstələməyimizə gətirib çıxara bilər. Mövsümün başa çatmasına çox var və biz sonadək mübarizə aparmalıyıq. Xatırlayırsınızsa, son mövsümdə biz axırıncı turda çempion olduq. Bu, sübut edir ki, sonadadək mübarizə aparmalıyıq!
- Oyunların əksəriyyətində “İnter” minimal hesabla qalib gəlib. Komandanın belə yüksək olmayan nəticə göstərməsi nə ilə bağlıdır?
- Biz qol vəziyyətləri yaradırıq, lakin onları yerinə yetirə bilmirik. Amma hər halda 1:0 hesablı qələbəyə də, 5:0 hesablı qələbəyə də eyni xal verilir. Ona görə də, vurulan qollar vacib deyil. Bizim həmişə qalib gəlməyimiz əsasdır. Qol vəziyyətlərinin realizəsi üzərində işləyəcəyik.
- “Bakı” ilə oyun ərəfəsində sacını dibindən kəsdirmişdiz. Bu, onunla bağlıdır ki, bu mövsüm fərqlənə bilməmisiz? Bəlkə bununla uğursuzluğu uzaqlaşdırmaq istəyirsiz?
- Yox (gülür). Bu, tamamilə belə deyil. Sadəcə, sacımı kəsdirdim.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video