Rusiya yığmasının baş məşqçisi Dik Advokatın köməkçisi işləyən Bert Van Linqen qonşu ölkə mətbuatına maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, millimizin baş məşqçisi Berti Foqts haqqında danışan hollandiyalı mütəxəsis daha sonra bunları dilə gətirib: “Mən Hollandiyada işlədiyim vaxt, Almaniya millisinin baş məşqçisi Berti Foqts idi. O çox təcrübəli və işini bilən bir mütəxəsisdir. Həmin dövrdə Foqtsla vaxtaşırı olaraq görüşürdük və o mənə öz planları haqqında danışırdı. O, Almaniyanın 24 bölgəsində bütün yaş qrupları üzrə keçririlən turnirlərin qalibləri ilə yaxından tanış olur və onlara öz tövsiyyələrini verirdi. Daha sonra həmin turnirin qalibləri içərisindən istedadlı futbolçuları əsas milliyə dəvət etməklə komandaya əlavə güc qatırdı. Bunun da məntiqi nəticəsi olaraq, Almaniya millisi məhz Foqtsun rəhbərliyi altında 1996-cı ildə Avropa çempionu oldu. Bu ənənə isə Almaniyada indi də davam etdirilir. Onlar uşaq futbolunun inkişafına daha əvvəl başladıqları üçün bu işə olduqca həssas yanaşırlar. Məhz buna görə də, hazırda Almaniya millisi çox möhtəşəm bir futbol nümayiş etdirir. Bu isə bir daha uşaq futbolunun inkişafının nə qədər zəruri olduğunu sübut edir”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü
Azərbaycan millisinin heyəti açıqlandı
Azərbaycan güləşçiləri “Çempionlar” turnirində üçüncü oldu
Ronaldo 1000-ə bir az da yaxınlaşdı - Video