NBC Bank 2010/11-ci il futbol üzrə Azərbaycan Kubokunun rəsmi sponsoru olub. Qol.Az-ın məlumatına görə, bu gün “Hyatt Regency” otelinin “Bakı” zalında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Müqaviləni AFFA tərəfdən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev, “NBC Bank”dan isə idarə heyətinin sədr müavini Fuad Qəmbərov imzalayıb. Anlaşmaya əsasən, baş sponsor futbol üzrə Azərbaycan kubokunun keçirilməsində PFL-lə müqavilə ilə nəzərdə tutulmuş sponsorluq töhfəsini verir. PFL isə bunun müqabilində yarışı “NBC Bank Azərbaycan Kuboku” adlandırmaqla yanaşı, baş sponsoru reklam xidmətləri ilə də təmin edəcək.
Qeyd edək ki, tədbirdə NBC Bankın İdarə Heyəti sədrinin müavini Fuad Qəmbərov, bankın müşahidə şurasının üzvü Oqtay Rüstəmov, Marketinq Departamentinin direktoru Vasif Əliyev və PFL-in prezidenti Ramin Musayev iştirak ediblər. Tədbirə futbol ictimaiyyətinin nümayəndələri - "Neftçi"nin baş məşqçisi Arif Əsədov, "Bakı"nın icraçı direktoru Yaşar Seyidov, "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov, "Neftçi"Nin futbolçuları Emil Mpenza, Bahadır Nəsimov, "Bakı"nın oyunçusu Jaba, həmçinin başqa rəsmi şəxslər və futbolçular qatılıb.
Tədbirdə çıxış edən PFL-in prezidenti Ramin Musayev kubokun adının olacağını bildirib: "Bu gün həqiqətən də möhtəşəm gündü. Bu gün biz NBC Bankla müqavilə bağayırıq. Bundan sonra Azərbaycan Kuboku “NBC Bank Azərbaycan Kuboku” adlanacaq. Banka gələcək işlərində uğurlar arzulayırıq".
NBC Bankın İdarə Heyəti sədrinin müavini Fuad Qəmbərov isə bunları bildirib: "Son illər Azərbaycan idmanı inkişaf edir. Dövlətin qayğısı nəticəsində beynəlxalq arenada uğurlarımızın artması diqqət çəkir. Eyni zamanda futbolumuzda da inkişaf hiss olunur. Ölkədaxili yarışlarda rəqabət artıb, klublarımız və yığmamız beynəlxalq arenalarda uğurlu çıxış edir. Futbol idman nnövləri arasındə ən populyar növdü. Biz də bu günə qədər idmanın inkişafına dəstək veririk. Bankımız "Muğan" klubunun rəsmi sponsorudur. Həmçinin Şahmat Federasiyası ilə uzun müddətli müqavilə imzalamışıq. Bu gündən etibarən isə Azərbaycan Kubokunun rəsmi sponsoru olacağıq. Məqsədimiz Azərbaycan futbolunun inkişafına dəstək verməkdir. Əminəm ki, bundan sonra Azərbaycan Kuboku daha maraqlı keçəcək. Çalışacağıq ki, PFL-lə əməkdaşlığımız daha uzun müddətli olsun".
Ardından PFL-in prezidenti Ramin Musayevlə NBC Bankın İdarə Heyəti sədrinin müavini Fuad Qəmbərov rəsmi müqaviləni imzalayıb.
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
Konfrans Liqasında son tur: 18 oyun eyni saatda
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı