"Neftçi"nin futbolçusu Bahadər Nəsimov Unibank Premyer Liqasının son turunun "Gəncə" ilə oyunu haqda fikirlərini bölüşüb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına müsahibə verən futbolçu son turda qazandıqları qələbəyə kölgə salanlara etirazını bildirib və təmiz qələbə qazandıqlarını bildirib:
- Bahadır, ilk öncə qələbə münasibətilə səni təbrik edirik. Oyun haqda fikirlərini bilmək istərdik?
- "Turan"la heç-heçəyə görə çox məyus olmuşduq. Həmin oyunda son dəqiqələrdə vacib qələbəni əldən verdik. Bu görüşdən sonra xal itirməyə haqqımız yox idi. Son turda "Gəncə" "Xəzər-Lənkəran"ı 4:1 hesabı ilə darmadağın etmişdi. Ona görə "Gəncə" ilə oyuna ciddi hazırlaşmışdıq.
- "Gəncə"nin futbolçusu Ramal Hüseynov bildirib ki, oyunun baş hakimi Elçin Məmmədov "Neftçi"yə bu kömək edib. Onun sözlərinə görə, hakim Mətləb Məmmədova qırmızı vərəqə verməyə də bilərdi…
- Fikrimcə, hakim bizə qətiyyən kömək eləməyib. Əksinə, "Gəncə"nin müdafiəçisi arxadan Mpenzanın ayağına açıq-aşkar zərbə endirəndə, hakim rəqibə qırmızı vərəqə göstərməli idi ki, bunu da elədi. Məncə, bu düzgün qərar idi. Üstəlik, baş hakim bizə kömək eləyibsə, hesab 1:1 olanda Flavinyoya qarşı kobud oyuna görə niyə "Gəncə"nin qapısına yüz faizlik penaltini təyin etmədi? Məncə, "Neftçi" öz gücünə qələbə qazandı.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü