Millimizin keçmiş üzləri İlqar Qurbanovla Ernani Pereyranın şərəfini qoruduğu “Mersin İdman Yurdu” Türkiyə Bank Asya Liqasında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, ötən həftə baş məşqçi dəyişikliyinə məruz qalan və Yüksel Yeşilovanın əvəzində Nurullah Sağlama həvalə edilən Mersin təmsilçisi səfərdə “Güngören Belediyyespor”un qonağı olub. Lakin qarşılaşma qolsuz heç-heçəylə nəticələnib və həmyerlilərimiz yeni baş məşqçilərinə debüt matçında qələbə sevinci yaşada bilməyib. Əksinə Sağlamın start heyətində yer verdiyi Ernani Pereyra matçın 73-cü dəqiqəsində qırmızı vərəqə almaqla, komandasını çətin vəziyyətdə qoyub. Digər həmyerlimiz İlqar isə meydana sonradan, daha dəqiq söyləsək 79-cu dəqiqədə çıxıb. Lakin onun meydanda olduğu dəqiqələrdə də heç nə edə bilməyən mersinlilər səfərdən 1 xalla dönüb.
Qeyd edək ki, “Mersin İdman Yurdu” hazırda 8 oyundan sonra topladığı 10 xalla 8-ci pillədə qərarlaşıb.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü