Millimizin kapitanı Rəşad Sadıqovun forma geydiyi “Eskişəhərspor” Türkiyə Superliqasında növbəti oyununu keçirib. Qol.Az-ın məlumatına görə, Bülənt Uyğunun rəhbərliyində ikinci matçına çıxan eskişəhərlilər cari turun açılış qarşılaşmasında səfərdə “Karabükspor”u üstələyib və ardıcıl qazanılan ikinci qələbəyə sevinib. Həmyerlimiz bu matçda da start heyətində yer alıb və 90 dəqiqə meydanda qalmaqla, qələbədə əsas pay sahiblərindən olub. Oyunun başlaması ilə birlikdə rəqibin təzyiqi ilə üzləşən “Eskişəhərspor” müdafiəsi hücumların qarşısını almaqda çətinliklə üzləşib. Nəticədə Rəşad 3-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Daha sonra üstünlüyü ələ alan Uyğunun komandası vurduğu iki qola qarşı rəqibinin bir dəfə fərqlənməsinə mane ola bilməyib və matçdan 2:1 hesablı qələbə ilə ayrılıb. Bu nəticədən sonra hesabındakı xalları 9-a çatdıran “Eskişəhərspor” türnir cədvəlindəki vəziyyətini biraz da yaxşılaşdırıb və 13-cü pilləyə yüksəlib. “Karabükspor”ün isə 14 xalı var. Xatırladaq ki, “Eskişəhərspor”un növbəti turdakı rəqibi son zamanlar yaxşı formada olan “Ankaragücü” komandasıdır.
Türkiyə Superliqası
22 oktyabr
“Karabükspor” – “Eskişəhərspor” – 1:2
Qollar: Emenike, 52 - Sezgin, 11. Batuhan, 39.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü