Bu gün Türkiyənin "Qalatasaray" klubundan "Neftçi"yə məktub daxil olub. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, məktubda komandanın fiziki hazırlıq üzrə məşqçisi, italiyalı mütəxəssis Covanni Melkiorre danışıqlar aparmaq üçün İstanbula dəvət olunub. "Qalatasaray"a yeni təyin olunan baş məşqçi Georgi Haci fiziki hazırlıq üzrə köməkçi kimi məhz Melkiorreni görmək istəyir.
İtalyan mütəxəssisin mövsümün sonunadək "Neftçi" PFK ilə müqaviləsinin olmasına baxmayaraq, o, əvvəllər də çalışdığı Georgi Hacı ilə yenidən birlikdə işləmək üçün klub prezidenti Sadıq Sadıqovdan icazə istəyib. Bu haqda klub prezidentinin "Qalatasaray"ın idman direktoru Adnan Sezginlə telefon danışığı olub.
Melkiorre də İstanbula səfər ərəfəsində ona belə şərait yaratdıqlarına görə, “Neftçi” rəhbərliyinə minnətdarlığını çatdırıb: "Neftçi" PFK ilə müqaviləmin olmasına baxmayaraq, mənə "Qalatasaray"ın düşərgəsinə yollanmaq üçün şərait yaratdığına görə, klub prezidenti Sadıq Sadıqova təşəkkürümü bildirirəm. Azərbaycanın ən köklü klubunda işləmək mənim üçün böyük şərəfdir. Amma Georgi Hacı ilə uzun illər çiyin-çiyinə çalışmışıq. Hazırda isə o məni yenidən məşqçilər korpusunda görmək istəyir".
"Qalatasaray" məşqçi ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdıqdan sonra hər iki klub rəhbərliyi arasında danışıqlar davam edəcək.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü