“Qəbələ” klubunun baş məşqçisi Toni Adams yenidən Britaniya mətbuatının diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, 44 yaşlı mütəxəsis ölkəsindən olan jurnalistlərə maraqlı açıqlamalar verib: “İngiltərə üçün darıxmamışam, ancaq, əlbəttə ki, ailəmdən ötrü çox darıxmışam. Hazırda isə karyeramı Azərbaycanda davam etdirirəm. Burada “Qəbələ” klubunun akademiyası ilə tanış oldum və bəyəndim. Yaxşı infrastruktura malik olan klubda görüləcək işlər çoxdur. Mən Azərbaycan futbolunun inkişafı üçün əlimdən gələni əsirgəməyəcəm. Doğrudur, hazırda “Qəbələ” klubunun inkişaf etdiyini söyləmək olmaz. Lakin bizim əsas məqsədimiz növbəti mövsümdə güclü və yüksək səviyyəli bir klub yaratmaqdır. İndiki halda sərəncamımda 22 futbolçu var və mən onların hamısına şans vermək fikrindəyəm. Çünki gələcəyin komandasını qurmaq üçün bu futbolçuların hamısını gözdən keçirməliyəm”.
Daha sonra ölkəmiz və ailəsi haqqında ağızdolusu danışan Adams bunları deyib: “Mənim “Qəbələ” ilə müqavilə imzaladığımı yalnız ailəm müsbət qarşıladı. İngiltərədə isə buna müxtəlif cür reaksiyalar oldu. Əlbətdə ki, bu da təbii qarşılanmalıdır. Bununla belə, mən də bir insanam və mən də məşqçiyəm. Həyat yoldaşım Popi isə öz növbəsində mənə güvəndiyini bildirdi və “əgər sən bu işin öhdəsindən gəlcəyinə əminsənsə, Azərbaycana getməli və özünü sübut etməlisən” dedi. Mən buradakı həyatımdan çox razıyam. Azərbaycan əhalisi çox istiqanlı və mehribandılar. Qəbələ ilə paytaxt Bakını 3 saatlıq yol ayırır. Lakin Qəbələdə qalmağa üstünlük verirəm. Çünki buranın təbiəti və şəraiti daha cəlbedicidir. Qəbələdə hər kəs mənim “Arsenal”dakı karyeramdan danışır. Bu da əlbəttə ki, mənə ayrı bir zövq verir”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü