Bu gün 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 5-ci seçmə qrupunun oyunlarına start veriləcək. Qol.Az-ın məlumatına görə, Azərbaycan yığmasının da yer aldığı bu qrupun görüşləri Portuqaliyada oynanılacaq. Maraq üçün xatırladaq ki, bir neçə gün öncə 19 yaşlı futbolçularımız da AÇ-nin seçmə oyunlarını məhz bu ölkədə keçirmiş, lakin uğursuzluq yaşamışdı. Ümid edirik ki, U-17 futbolsevərlərimizə həmin uğursuzluğu unutdurmağı bacaracaq.
Maraqlıdır ki, U-19 kimi, Adil Şükürovun çalışdırdığı komandamız da elə ilk qarşılaşmasını meydan sahiblərinə qarşı keçirəcək. Xatırladaq ki, 19 yaşlılarımız portuqaliyalı həmyaşıdlarıyla oyunda 2:0 öndə olsalar da, sonda heç-heçəyə razılaşmışdılar. Lakin 17 yaşlılarımızın bu turnirdə necə təsir bağışlayacağı bundan sonra məlum olacaq. Sadəcə onu qeyd edək ki, U-17-nin meydan sahibləriylə yanaşı, digər rəqiblər Çernoqoriya və Şimali İrlandiya yığmalarıdır. Elə bu gün qrupumuzun digər qarşılaşmasında da sözügedən kollektivlər üz-üzə gələcək.
AÇ-nin seçmə mərhələsi
22 oktyabr
Portuqaliya – Azərbaycan
22 oktyabr. Fao şəhəri. Fao İdman Mərkəzi. Saat 20:00.
Baş hakim: Vladimir Vnuk (Slovakiya).
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü