Yay transfer mövsümündə “Xəzər Lənkəran”dan “İnter”ə keçən Nizami Hacıyev Çempionlar Liqasının təsnifat mərhələsində Bakıda baş tutmuş “İnter” - “Lex” qarşılaşmasında baxımlı oyunla diqqəti cəlb etmişdi. Qol.Az-ın məlumatına görə, 21 yaşadək futbolçulardan ibarət milli komandamızın da üzvü olan Hacıyev Poznandakı qarşılaşmada da meydana çıxaraq baş məşqçi Kaxaber Sxadadzenin ona Premyer Liqada da inana biləcəyini göstərmişdi. Lakin təəssüf ki, Nizami Polşadakı qarşılaşmada aldığı zədə ucbatından cari mövsüm ölkə çempionatında komandasına kömək edə bilməyib. Bu azmış kimi, yenicə fərdi məşqlərə başladığı dövrdə Hacıyev növbəti ciddi problemlə üzləşib. Belə ki, futbolçu gözlənilmədən hərbi komissarlığa çağırılıb və əsgərliyə aparılıb. Əldə olunan məlumatlara görə, istedadlı futbolçu hazırda Bərdə rayon ərazisində yerləşən “N” saylı hərbi hissədədir.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü