Bakının «İnter» klubunun prezidenti Georgi Nikolov rəhbərlik etdiyi komandanın iştirakıyla keçirilən ev oyunlarının televiziyada canlı yayımlanmamasının səbəbini açıqlayıb. Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytındakı yazısında G.Nikolov «İnter»in ötən ölkə çempionatındakı uğurları, Çempionlar Liqasındakı çıxışları və klubdakı kadr dəyişikliklərindən söhbət açıb, eyni zamanda media ilə münasibətlərə toxunub.
Nikolov bəzi mətbuat orqanları ilə münasibətlərinin normal olmadığını etiraf edib və bu problemi yoluna qoyacaqlarını bildirib. «Artıq köhnə yaraları sağaltmağın vaxtı çatıb. Diplomatiya isə ümumi dil tapmağın ən yaxşı yoludur».
«İnter»in prezidenti yazıb ki, Peşəkar Futbol Liqası yayım hüququnu klublara versə də, onun təxminləri özünü doğruldub: «Televiziyalar komandamızın iştirakı ilə keçirilən oyunların yayımına görə bizə pul vermək əvəzinə özləri pul tələb edirlər». Nikolov bildirib ki, bəzi telekanallara yayımı pulsuz təklif etsələr də, onlar bununla razılaşmırlar. «Bütün dünyada klubları büdcələrini həm də teleyayım hüququndan əldə etdiyi pulla doldururlar. Bizdə isə əksinədir: biz xərcləyirik, telekanallar qazanırlar».
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü