Bu gün Türkiyə Superliqasının 8-ci turu çərçivəsində növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, yığmamızın kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişəhərspor” doğma divarlar arasında “İstanbul Böyükşəhər Bələdiyyəspor” klubunu qəbul edib. Rza Çalımbayın dəvəti ilə bu komandaya keçməsinə baxmayaraq, bu günə kimi yeni klubunda debüt edə bilməyən Rəşad nəhayət ki, İstanbul təmsilçisiylə qarşılaşmada ilk oyununa çıxıb. Yeni baş məşqçi Bülənt Uyğun söz verdiyi kimi, həmyerlimizə start heyətində yer ayırıb və millimizin müdafiəçisi sonadək meydanda qalıb.
Oyuna gəlincə, “Eskişəhərspor” 33-cü dəqiqədə Batuhan Qaradənizin sayəsində hesabı açıb. Bundan cəmi 3 dəqiqə sonra Rəşadın komanda yoldaşlarından Arslan qırmızı vərəqəylə meydandan qovulsa da, meydan sahibləri minimal hesablı üstünlüyü sonadək qoruyub saxlaya biliblər. Nəticədə Rəşadın debüt oyunu komandasına cari mövsümdə ilk qələbəsini qazandırıb.
Qeyd edək ki, hazırda “Eskişəhərspor”un 8 oyundan sonra 6 xalı var.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü