"Aberdin"in rəsmisi Respublika Stadionunun ot örtüyünü tənqid etdi - Şəkillər

"Aberdin"in rəsmisi Respublika Stadionunun ot örtüyünü tənqid etdi - Şəkillər
ÖLKƏ FUTBOLU 19 Avqust 2021 / 09:52 7490
-  A +

"Aberdin"in idarə heyətinin sədri Deyv Kormak Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıdakı görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünü tənqid edib.

Qol.az xəbər verir ki, o, stadionun ot örtüyünün fotolarını paylaşaraq yazıb:

"UEFA belə bir meydanda necə oyun sala bilər axı? Bakıda gözəl stadion var və bunu hava limanından gələrkən gördük. Bəlkə də biz cavab matçını həvəskar komandaya məxsus "İnverdi"də keçirməliyik!"

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" - "Aberdin" matçı saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu avqustun 26-sı Şotlandiyada olacaq.



Daha çox


Son xəbərlər
10.03.26  16:33

DÇ-2026-nı buraxacaq

10.03.26  10:40

Tarixin 70-cisi

topaz banner