Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin «Eskişehirspor» klubunun baş məşqçisi Bülənt Uyğunun müsahibəsi
- Bu gün bütün Türkiyə Azərbaycana məğlubiyyətdən danışır. Millinin qapısına qolu komandanızın futbolçusunun vurmasına reaksiyanız necə oldu?
- Azərbaycan bizə qardaş ölkədir. Oyun maraqlı keçdi. Adətən, qolu hücumçular vurur. Amma Rəşad müdafiəçi olaraq daha artığını etdi. Onun qolunu gördüm. Fərqli hisslər keçirdim. Təəssüf ki, Türkiyə uduzdu. Amma Rəşadın vurduğu qola sevinməmək də olmazdı.
- Oyundan sonra Rəşadla söhbətiniz oldu?
- Hələlik buna vaxt olmayıb. Sadıqov digər futbolçularla birgə məşq edir. KİV-lər tərəfindən ona böyük maraq var. Dünən telekanalların əməkdaşları Rəşadla danışırdılar. Hazırda Rəşad Türkiyədə məşhur şəxslərdən birinə çevrilib.
- Onun «Eskişehirspor»a keçidi necə baş verib?
- Mən bu haqda danışa bilmərəm. Rəşad Rza Çalımbayın vaxtında komandaya transfer olunub.
- Sizcə, Türkiyənin Azərbaycana məğlubiyyətinin əsas səbəbi nədir?
- Almaniyaya yenilgidən sonra onlar özlərinə gələ bilməmişdilər. Mən Türkiyə komandasını heç vaxt belə görməmişdim. Bundan başqa, bizimkilər Azərbaycanı qiymətləndirməmişdilər.
- Rəşad Sadıqov haqda onun komanda yoldaşları nə danışır?
- Zarafatla deyirlər ki, o, Türkiyəni «yıxdı». Bəziləri isə onun vurduğu qola seviniblər. Hesab edirəm ki, Rəşadın «Eskişehirspor»dakı karyerası uğurlu olacaq.
- Rza Çalımbayın dönəmində meydana çıxmayan Rəşadın sizin rəhbərliyiniz altında daim oynayacağı gözlənilirmi?
- Hər şey onun hazırlığından asılıdır. Bəri başdan nəsə deyə bilmərəm. Amma mən Rəşadı bu həftə «İstanbul Böyükşəhər Bələdiyyəsi» klubu ilə keçirəcəyimiz oyunda əsas heyətə daxil etməyə düşünürəm. O, bu oyuna hazırdır. Bunu Türkiyə ilə oyunda göstərə bildi.
Mənbə: İHA
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü