«Bakı» klubunun prezidenti Hafiz Məmmədov braziliyalı futbolçuları Jabayla bağlı AFFA İntizam Komitəsinin qərarına münasibət bildirib.
Unibank Premyer Liqasının 8-ci turunun "Xəzər Lənkəran" - "Bakı" matçının 74-cü dəqiqəsində "Bakı"nın futbolçusu Jaba rəqibə əl ilə zərbə vurduğu üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. AFFA-nın İntizam Komitəsi isə futbolçunu 4 oyunluq cəzalandıraraq klubu 4000 manat cərimələyib.
“Bakı”nın Hafiz Məmmədov İntizam Komitəsinin bu qərarına etiraz etdiklərini söyləyib: «Jaba həmin epizodda rəqibinə yumruq vurmayıb. Sadəcə olaraq, o vəziyyətdə tələskənliyə yol verib. Hesab edirik ki, bu qərar ləğv olunmaldır. İnanırıq ki, inşallah, haqq öz yerini tapacaq. Jaba Azərbaycanın ən səviyyəli legioneridir. O, oynamalıdır ki, uşaqlar da baxıb ondan örnək götürsünlər. Onun 4 oyun meydana çıxmaması Azərbaycan futbolu üçün böyük itki deməkdir.”
«Avro-2012»nin seçmə mərhələsində Azərbaycan - Türkiyə oyununu izləyən klub prezidenti oyun haqqında təəssüratlarını da bölüşüb: “Xatırlayırsınızsa, Azərbaycanın Almaniya yığmasına məğlubiyyətindən sonra jurnalistlərlə söhbətimdə milli komandamızın növbəti oyunlarda mütləq bizi sevindrəcəyini söyləmişdim. Bu arzumuz Avstruya ilə oyunda relalaşmasa da, Türkiyə ilə qarşılşmada futbolçularımız gözəl oyunla bizə qələbə sevinci bəxş etdi. Qardaş ölkə olsaq da bu futboldur. Türkiyə səviyyəli komandadır. Ancaq son dövürlərdə komanda keçid dövrünü yaşayır”.
Mənbə: supersport.az
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü