AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində vurduğu qolla millimizin Türkiyəni məğlub etməsində əsas pay sahibi olan Rəşad Sadıqov klubunun düşərgəsində də diqqət mərkəzinə düşüb. Qol.Az-ın məlumatına görə, oyundan dərhal sonra Türkiyəyə yollanan həmyerlimiz “Eskişəhərspor”un məşqində jurnalistlərin gözü qarşısında komanda yoldaşlarının zarafatlarıyla üzləşib. Məşq anında oyundaşları Sezər Öztürk və Adəm Sarı da Rəşadın yanına gələrək “Türkiyəni "yıxan" adamı çəkin” deyə zarafat ediblər. Jurnalistlərin suallarını cavablayan Rəşad Sadıqov “yoldaşlıq görüşündə qarşılaşdığımız Türkiyə millisi ilə son matçdakı Türkiyə çox fərqli idi” deyib. Qol vurduğu epizodda tədbiq edilən künc zərbəsinin millimizin ənənəvi taktikası olduğunu bildirən kapitan bunları söyləyib: “Bu haqda çox danışıldı, ancaq bu qədər şişirdilməsini istəmirəm. Matçdakı vəzifələrimdən biri o zərbəni vurmaq idi, mən də vurdum və nəticədə qol oldu. Yoldaşlıq qarşılaşmasında da bu taktikadan istifadə etmişdik, ancaq alınmamışdı. Bu dəfə isə alındı. O vaxtkı Türkiyə ilə hazırkı milli komanda arasında çox fərq var”.
Türkiyədə legioner həyatı yaşayan futbolçumuz “Eskişəhərspor” haqqında da danışıb: “Artıq millidəki qarşılaşma geridə qalıb. Klubumuzda fərqli bir atmosfer var, çətin vəziyyətdəyik və kritik bir qarşılaşma bizi gözləyir. İndi sadəcə “İstanbul Böyüş Şəhər Bələdiyyəsi” ilə baş tutacaq matçı düşünürəm”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü