Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov Türkiyənin bəzi qəzetlərinin onun fikirlərini təhrif etməsinə etirazını bildirib.
Qeyd edək ki, Azərbaycan - Türkiyə oyunundan sonra «Kanaltürk» telekanalında Erman Toroğluna müsahibə verən R.Sadıqov millimizin künc zərbəsindən vurduğu qoldan danışarkən neçə ildir ki, bu taktikanı Türkiyədə də həyata keçirməyə çalışdığını, amma onun sözünü eşitmədiklərini deyib. Ertəsi gün Türkiyənin bəzi qəzetləri futbolçumuzun bu fikirlərini «Rəşad Sadıqov Türkiyəni ələ saldı» başlıqlı yazıyla oxucularına təqdim edib.
Qardaş ölkənin tanınmış yazarlarından olan «İnternetspor.com» saytının əməkdaşı Necati Şatana məsələylə bağlı millimizin kapitanına müraciət edib. Bu cür təqdimatdan məyus olduğunu deyən Rəşad Türkiyədə futbol oynamaqdan qürur duyduğunu və türk futbolunun Azərbaycanda model olaraq görüldüyünü söyləyib. «Kanaltürk»dəki fikirlərinin bəzi qəzetlərdə çox fərqli bir şəkildə təqdim edildiyini deyən millimizin kapitanı «Peşəkar bir futbolçu olaraq, milli komandamızın forması altında vurduğum qolun sevincini belə yaşaya bilmədim. Mən həmin verilişdə verilən bir suala cavab olaraq qolun xüsusi hazırlanmış tapşırıqdan sonra vurulduğunu izah etməyə çalışmışam. Qardaş türk xalqının bu gerçəkləri bilməsini istədiyim üçün belə bir açıqlama verdim. Ümid edirəm ki, Türkiyə qrupdan çıxaraq Avropa çempionatının final mərhələsinə qatılar və hamımızı qürurlandırar» - deyə Rəşad Sadıqov bildirib.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü