AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində dünən millimizin Türkiyəni məğlub etməsi Almaniya, eləcə də dünya mətbuatında da böyük əks-səda doğurub. Qol.Az-ın məlumatına görə, Almaniyanın ZDF kanalı qarşılaşma ilə bağlı verdiyi xəbərlərlə daha çox maraq doğurub. Qazaxıstan – Almaniya qarşılaşmasının fasiləsində Azərbaycandakı qarşılaşmadan görüntülərə yer verən ZDF Türkiyə millisinin məğlubiyyətini belə şərh edib: “Türkiyə Azərbaycan qarşısında şok məğlubiyyətlə sarsıldı. Türkiyə üzərində sürpriz qələbəyə imza atan millimizin keçmiş baş məşqçilərindən biri olan Berti Foqts Almaniya yığma komandasına böyük bir kömək etmiş oldu. Türkiyə isə son iki qarşılaşmada məğlub olmaqla, qrupdakı işini çətinləşdirdi”.
RTL kanalı isə Türkiyənin aşağı səviyyədə futbol nümayiş etdirdiyini və məğlubiyyətin böyük bir şok olduğunu bildirib: “Şok! Şok! Şok! Türkiyə milli komandası oynadığı futbolla bütünlüklə biabır oldu. Azərbaycan doğma azarkeşləri qarşısında Türkiyəni 1:0 hesabı ilə məğlub etdi. Qrupda ilk qələbəsini qazanan Azərbaycan isə bu qələbə ilə Almaniyanın işini rahatlaşdırdı”.
TV-lərlə yanaşı alman qəzetləri də bizim qələbəmizdən danışıb:
Sport1: “Foqts Türkiyəni biabır etdi. Alman məşqçi Berti Foqtsun çalışdırdığı Azərbaycan millisi böyük qardaşı Türkiyəni məğlub edərək sürprizə imza atdı. Foqts qarşılaşmadan öncə “sürpiriz edəcəyik” demişdi və futbolçuları da onun bu sözlərini təsdiqlədi. Azərbaycanda böyük sevinc yaşanır”.
Bild qəzeti: “Berti Foqts hollandiyalı Hiddinkin rəhbərlik etdiyi Türkiyə yığma komandasını meydandan sildi. Almaniyaya 3:0 məğlub olan Türkiyədə Hiddinkin heyətdə 5 dəyişiklik etməsi heç nəyi dəyişdirmədi. Türkiyə tanınmayacaq qədər pis oynadı. Yalnızca Həmit Altıntopun zərbəsindən sonra tirdən dönən top yadda qaldı.
Kiker qəzeti: “Türkiyə hara gedir? Almaniyadan sonra Azərbaycana da məğlub olan türklər şokdadır. Türkiyə Foqtsun rəhbərliyində olan Azərbaycan millisi ilə matçda biabır oldu. Türk futbolçular hazırda bərbad formadadırlar”
Ekspress: “Azəri sürprizi – 1:0. Türkiyə zəif rəqiblərindən olan Azərbaycana məğlub oldu. Avropa çempionatına getmək ümidi çox zəiflədi. Rəşad Sadıqovun Azərbaycana qələbə gətirən qolu vurduğu epizodda türklərin müdafiəsi sanki yuxuda idi”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü