“Türkiyə millisinin azarkeşlərinin məyus olduğunu anlamaq çətin deyil. Bu günkü oyunun ilk yarısında yaxşı oynamadıq. Amma imkanlarımız oldu. Onlardan ən azı birini dəyərləndirsəydik, oyunun gedişi tam fərqli ola bilərdi. Təbii ki, pis bir nəticədir. Razı qaldığımı deyə bilmərəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Qus Hidink söyləyib.
Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda yığmamızın qonağı olan və minimal hesablıq məğlubiyyətlə barışan “ay-ulduzlular”ın hollandiyalı çalışdırıcısı oyundan sonrakı mətbuat konfransında özləri ilə müqayisədə rəqib həmkarı Berti Foqtsun komandasının oyuna daha yaxşı kökləndiyini etiraf edib: “Qol epizodunda künc zərbəsindən gələn top üç dəfə futbolçularımızı aldatdı. Standard vəziyyətlərdə daha diqqətli olmalı idik. Amma bunu bacarmadıq. Oyuna köklənməklə bağlı problemimiz var idi. Rəqib də isə əksinə, oyuna daha yaxşı köklənmişdilər. Xüsusi bir mesajım yoxdur. Qarışıq duyğular keçirirəm”.
Millimizə yenilginin ardından Hiddink artıq Türkiyənin taleyinin öz əlində olmadığını bildirib: “Təbii ki, hər şeyin öz əlimizdə olmasını istərdik. Ancaq bu, olmadı. Artıq taleyimiz digər matçlardan aslıdır. Bu yolda Azərbaycan yığmasının qarşıdakı oyunlarda da sürpriz edib, rəqiblərimizdən xal alması məni çox sevindirər”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü