“Bu gün ilk ev oyunumuza çıxırdıq. Ona görə də doğma azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirdik. Sevinirəm ki, bunu bacardıq. Azarkeşlərimiz də möhtəşəm idi. Onların da fəal dəstəyi sayəsində oyuna yaxşı başladıq. İlk dəqiqələrdən öz oyunumuzu sərgilədik və qələbə qazandıq. Avstriya ilə oyundan fərqli olaraq, bu dəfə bəxtimiz də gətirdi. Çünki rəqib qol vurmaq üçün irəli atıldı və belədə biz də yaxşı imkanlar qazandıq. Qələbəmizi AFFA prezidenti Rövnəq Abdullayevə və azarkeşlərimizə həsr edirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts söyləyib.
Bu gün AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində doğma meydanda Türkiyə millisi üzərində minimal hesablı qələbədən sonrakı mətbuat konfransında almaniyalı mütəxəssis Samir Abasovla Elvin Məmmədovun adını “18-liy”ə salmamasına da aydınlıq gətirib: “Samir zədəlidir. Elvinə gəlincə, o çox yaxşı və istedadlı oyunçudur. Amma futbolçu təlim-məşq toplanışında əsas heyətə layiq olduğunu göstərməlidir. Bu dəfə Elvində bunu görmədiyim üçün heyətə salmadım. Vaqif Cavadovdan Avstriya ilə oyunda razı qaldım. Bu dəfə də yaxşı oynadı. Amma yenə də bacarığının 80 faizini sərgilədi. Öz üzərində daha çox işləməlidir. Bu günkü oyunun ən yaxşısı isə təbii ki, kapitan Rəşad Sadıqov idi”.
Bu qələbədən sonra milli üzvlərinin təriflənməməsini istəyən baş məşqçi Türkiyə millisi haqda da maraqlı açıqlamalar verib: “Bu qələbədən sonra futbolçuları çox tərifləməyin. Qarşıdan onların çempionat oyunları gəlir. Türkiyə futboluna çox yaxşı bələdəm. Onların güclü komandası var. Belə rəqib üzərində qələbə böyük uğurdur. Çox şadam ki, indi Türkiyə kimi dünya futbolunda öz yeri olan komandaya qalib gəldik. Hazırkı Türkiyə yığmasının son illərin ən zəif komandası olması fikri ilə razı deyiləm. Onlar ikinci yer uğrunda mübarizə apara bilərlər”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü