Bu gün Azərbaycan millisi AÇ-2012-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb. Qol.Az-ın məlumatına görə, Berti Foqtsun çalışdırdığı əsas komandamız həm də bu seçmə mərhələdə ilk ev oyunu keçirib. Millimizin rəqibi isə son Avropa çempionatının bürünc mükafatçısı – qardaş Türkiyə yığması idi. Qeyd edək ki, bu, komandamızın “ay-ulduzlular”la 6-cı qarşılaşmasıydı. Bu günədək iki qardaş ölkə yığması 3 dəfə yoldaşlıq, 2 dəfə isə rəsmi oyunlarda münasibətlərinə aydınlıq gətirmək imkanı qazanmışdılar. Bu matçlardan 4-də türkiyəlilər qələbə qazandığı halda, bir qarşılaşma da heç-heçə nəticələnmişdi. Yığmamız həmin oyunlardan yalnız birində “ay-ulduzlular”ın qapısına yol tapdığı halda, öz qapısından 8 top çıxarmışdı. Göründüyü kimi, qardaş ölkə təmsilçisiylə oyunlarda ciddi sindromu olan təmsilçimiz nəhayət bu dəfə uğursuz sindroma son qoymalı və bu rəqibi üzərində ilk qələbəsini qazanmalıydı. Belə olacağı halda həm də Foqts azərbaycanlı futbolsevərlərin gözü qarşısında ilk qələbəsini rəsmiləşdirmiş olacaqdı. Nə qədər maraqlı olsa da, debüt matçı 2008-ci il iyunun 1-də Bosniya və Herseqovina ilə görüşdə gerçəkləşən almaniyalı mütəxəssis komandamızla bu şərəfə nail ola bilməmişdi. Azərbaycanla 31-ci oyununa çıxan Foqts baş məşqçi postundaki əvvəlki oyunlardan 6-da qələbə qazanıb, 9 heç-heçəylə kifayətləndiyi halda, 15 dəfə məğlubiyyətə üzülmüşdü. Yığmamız son ev qələbəsini isə 2007-ci ildə Finlandiya ilə Bakıdakı görüşdə qazanmışdı – 1:0. Çoxları 4 gün öncə Almaniyaya yenilən "ay-ulduzlular"ın bu dəfəki Bakı səfərindən də qələbəylə dönəcəyini düşünsə də, əski oldu. Komandamız daha inamlı oyun sərgiləməklə, müəyyən mənada senasion qələbəyə imza atdı.
AÇ-2012-nin seçmə mərhələsi
12 oktyabr
20:00. Azərbaycan – Türkiyə - 1:0
QOL: Rəşad Sadıqov, 39.
Hakimlər: Aleksandru Dyakonu, Adrian Vidan, Radu Ginquleaç, Sebastyan Koltesku (hamısı Rumıniya).
Hakim-inspektor: Con Varda (İralndiya)
UEFA nümayəndəsi: Neboyşa İvkoviç (Serbiya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov (k), 3. Saşa Yunisoğlu, 4. Elnur Allahverdiyev, 15. Ruslan Abuşov, 19. Rahid Əmirquliyev, 4. Mahir Şükürov, 17. Vüqar Nadirov, Vaqif Cavadov, 21. Fərid Quliyev
Ehtiyat oyunçular: 12. Fərhad Vəliyev, 6. Rəşad Sadiqov, 8. Aleksandr Çertoqanov, 11. Rauf Əliyev, 13. Vurğun Hüseynov, 16. Cavid Hüseynov, 22. Araz Abdullayev.
Baş məşqçi: Berti Foqts.
TÜRKİYƏ: 1. Volkan Dəmirəl, 2. Sərvət Çətin, 3. Hakan Balta, 5. Əmrə Belözoğlu (k), 6. Hamit Altıntop, 7. Gökham Gönül, 9. Semih Şentürk, 10. Tuncay Şanlı, 14. Özər Hurmaçı, 18. Səlcuk İnan, 19. İbrahim Toraman.
Ehtiyat oyunçular: 12. Hakan Arıkan, 4. Ömer Erdoğan, 8. Nihat Kahveçi, 17. Sercan Yıldırım, 20. Nuri Şahin, 21. Halil Altıntop, 22. Səbri Sarıoğlu.
Baş məşqçi: Qus Hiddink.
Oyun başladı. Milli komandamıza uğurlar arzulayırıq!
4. Yığmamız standart vəziyyətdən rəqib qapısı qarşısında təhlükə yaratmağa çalışsa da, Sərvət topu kornerə çıxardı
6. Komandamız sağ cinahdan təhlükəli hücum təşkil etsə də, yenə rəqib müdafiəçilər topu kornerə çıxarmaqla, qola icazə vermirlər
7. Əmrənin kobudluğu. Hakim cərimə zərbəsi təyin edir. Mahirin zərbəsi yan keçir
8. Tuncayın sağ cinahdan təhlükəli asmasını son anda müdafiəçilərimiz başla uzaqlaşdırır
9. Müdafiədən atılan uzun ötürmə nəticəsində Cavadov qapıçıyla üz-üzə qalır. Lakin irəli çıxan Volkan həmyerlimizin fərqlənməsinə imkan vermir
Komandalar hazırda daha çox meydanın mərkəzində mövqe mübarizəsinə üstünlük verir
15. Gökhanın sağdan asmasını son anda Kamran zərərsizləşdirir
17. Komandamız üçün daha bir standart vəziyyətdən fərqlənmək şansı. Bu dəfə Sadıqov bəxtini sınayır. Lakin onun da zərbəsi yan keçir
18. Matçda daha bir yüzfaizli qol imkanı. Bu dəfə türklər Həmitin sayəsində qola yaxın oldu. Lakin Altıntopun zərbəsi nəticəsində top tirdən döndü
21. Müdafiəçilərimizin kobud səhvindən sonra az qala Gökhan hesabı açacaqdı. Son anda hər şey millimiz üçün yaxşı qurtardı
26. Türkiyə millisinin üzvləri mükəmməl divar ötürmələriylə komandamızın müdafiəsini yarsa da, Həmitin yaxın məsafədən həlledici zərbəsini Kamran inanılmaz reaksiya ilə geri qaytardı
"Ay-ulduzlular" komandamıza nisbətən daha kəsərli hücumlar təşkil edir. Futbolçularımız isə daha çox ötürmələrdəki səhvləri və tələskənliyi ilə seçilirlər
35. Türklər yenidən fərqlənməyə yaxın idi. Müdafiəçilərimizin arxasına atılan topu Gökhan tora qovuşdurmaq istəsə də, son anda Kamran qola imkan vermədi
37. Sərvətdən ardıcıl iki zərbə. Birincidə Kamran topu kornerə çıxarır. Digərində qapıçımız topu tutmağı bacarır
39. QOOOOOOOOOOOOOOOOOOLLL. Millimizin ənənəvi künc zərbəsi vuruşu. Futbolçularımızın bir neçəsi topu buraxdıqdan sonra kapitan Rəşadın vuruşu həlledici oldu və Volkan komandasını qoldan xilas edə bilmədi – 1:0
43. Nadirovun uzaqdan zərbəsindən sonra Volkan az qala səhvə yol verəcəkdi. Lakin son anda qapıçı topa yiyələnə bildi
44. Rail ciddi zədə alıb. Həkimlər ona ilk yardım etmək üçün meydana çıxıb. Oyunda qısa fasilə yaranıb
İlk yarıya 2 dəqiqə əlavə olundu
45+2. Rail oyuna davam edə bilmir. Foqts məcburi əvəzləməyə əl atdı. Onun əvəzində meydana Aleksandr Çertoqanov daxil oldu
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Türkiyə millisində də ilk əvəzləmə gerkəçləşir. Hiddink ikinci hissənin startında Özerin əvəzində meydana Nihatı buraxır
50. Oyuna yenicə daxil olan Nihat uzaqdan zərbəylə qapıya zərbə endirsə də, dəqiq olmur
51. Nihat bu dəfə bir qədər də uzaq məsafədən yenə Kamranın sayıqlığını yoxlamaq istəyir, top yandan çölə çıxır
54. İnanılmaz bir qol epizodunu əldən buraxırıq. Nadirovun sol cinahdan cərimə meydançasına asmasını Çertoqanov az qala tora qovuşdurmağa yaxın idi. Lakin son anda Volkan qapı xətti üzərində barmaqlarının ucuyla topu kornerə çıxarır
Komandamız ikinci hissəyə daha fəal başlayıb. Futbolçularımız xüsusilə təhlükəli əks-hücumlarla rəqibə çətin anlar yaşadırlar
58. Mahir Şükürov lazımsız yerə Hakan Baltayla mübahisəyə girişir, gərginlik yaranır
59. Matçın baş hakim Mahirlə Hakana sarı vərəqə göstərir
60. Rahid Əmirquliyev əllə oyuna görə sarı vərəqə ilə cəzalanır
62. Tuncayın əvəzində Sercan oyuna daxil olur
70. Kamran qapımız qapşısında yaranan təhlükəli vəziyyətə topu tutmaqla son qoyur
71. Fərid Quliyevi Rauf Əliyev əvəzləyir
73. Nihatın sağ cinahdan iti ötürməsini Kamran tutur
75. Təhlükəli nöqtədə Rauf kobud oynayır. Cərimə zərbəsini Kamran dəf edir
77. Komandamız inanılmaz qol epizodunu əldən verir. Vaqifin uzaqdan qüvvətli zərbəsini Volkan çətinliklə geri qaytarır. Ruslan təkrar zərbəylə topu tora qovuşdurmağa borclu olsa da, zərbəsi yandan çölə çıxır. Halbuki o, boş mövqedə olan Vaqifə ötürmə verməklə onun da fərqlənməsinə şərait yarada bilərdi
80. Kamran sarı vərəqə alır
82. Selcuk İnanı Xəlil Altıntop əvəzlədi
83. Gökhanın sağ cinahdan asmasını Sərvət başla tora qovuşdurmaq istəsə də, zərbəsi üstdən keçdi
84. Qapımız qarşısında çox ciddi təhlükə. Kamran topa yiyələnə bilməyincə, rəqib futbolçular qapını yaxın məsafədən bir neçə dəfə nişan alsa da, hər dəfə top müdafiəçilərimizə dəyib geri qayıdır
85. Vaqifin əvəzində meydana Vurğun Hüseynov çıxdı
86. Çertoqanov sarı vərəqə alır
Matç millimizin qələbəsiylə başa çatdı
"Sabah"ın qələbəsindən - Video
"Rəqiblər bizə fərqli yanaşır, qarşımızı almaq üçün əllərindən gələni edirlər" - Valdas Dambrauskas
10 dəqiqəyə 3 qol vuraraq qalib oldular
"Fənərbaxça"dan Con Durana xəbərdarlıq gəldi
"Sabah" "Qarabağ"a qalib gəldi
Türkiyəli futbolçu "Mançester Yunayted"ə keçə bilər
“Qarabağ”da ciddi itki
Stankoviç məşqçilik karyerasına geri döndü
"Barselona"nın baş məşqçisi ilə bağlı qərarı bəlli oldu
Azarkeşlərin tənqidi ucbatından klub prezidenti istefa verdi
Kenan Yıldız "Yuventus"da ayın futbolçusu seçildi
"Real"ın futbolçusu "Borussiya"nın hədəfində
"Sabah" - "Qarabağ": Heyətlər
Finalissimanın vaxtı və yeri dəqiqləşdi
“Milan”ın hücumçusu əməliyyat olunacaq
1-ci liqada 2 oyun keçirildi
Şahruddin Almaniyada əməliyyat olundu
"Liverpul"un futbolçusu "Tottenhem"lə oyunu buraxacaq
AFFA rəsmisindən mübahisəli epizodlara şərh - Video
"Mançester Yunayted"də qalır
İdman jurnalistləri arasında intellektual yarış keçirilib
Tiaqo Silva klubundan ayrıldı
"Milan" "Vest Hem"in hücumçusunu transfer edir
İngiltərə kubokunda yarımfinal cütləri məlum oldu
"Maynts" – "Samsunspor" oyununu yayımlayacaq kanallar
Mariya Stadnik "Yanıq Kərəmi"nə oynadı - Video
Misli.az-da ardıcıl 2 böyük uduş!
Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
Ançelottinin oğlu istefa verdi
Konfrans Liqasında son tur: 18 oyun eyni saatda
"Mançester Siti" yarımfinalda
PSJ Qitələrarası Kuboku qazandı
Messi Hindistandan milyon dollarlıq hədiyyə ilə qayıtdı
"Real"ın futbolçusu son anda heyətdən çıxarıldı
"İnter Mayami" Suaresin müqaviləsini uzatdı
"Borussiya"sının hücumçusu İspaniya klubunun hədəfində
“Sumqayıt” qış hazırlıq planını açıqladı
"Barselona"nın "Ayntraxt"dan təzminat tələbi var
Meydanda ən çox vaxt keçirən futbolçular kimlərdir?
Ronald Arauxo yaşıl meydanlara geri dönür
Gənc futbolçu vəfat etdi
DÇ-2026 qalibi nə qədər mükafat alacaq? - Rekord məbləğ
Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı
Rövşən Nəcəf FİFA-nın Plenar Sessiyasına qatıldı