AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində bu gün millimizlə qarşılaşacaq Türkiyə yığmasının Respublika stadionunda son məşqini izləyən “Bakı” klubunun almaniyalı baş məşqçisi Vinfred Şefer oyunöncəsi qardaş ölkənin “Lig TV” kanalına açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, axşamkı oyunda şansları bərabər dəyərləndirən Şefer daha sonra bunları deyib: “Türkiyə millisinin Belçika və Almaniyaya qarşı oyunlarını izləmişdim. Türklər Belçika ilə oyunda daha şanslı idi. Lakin almanlar qarşısında isə zəif çıxış etdilər. Berlindəki oyunda türklər Altıntopun epizodundan başqa heç bir təhlükə yarada bilmədilər. Azərbaycanla oyun da sizin üçün çətin keçəcək. Çünki burada stadion tamaşaçı ilə dolu olacaq. Bu isə sizin əleyhinizə işləyəcək. Qalib gəlmək üçün daha çox hazırlaşmalısınız. Azərbaycan yığmasının ilk qələbəsini qazanmaq şansı yüksəkdir. Bir sözlə, bizi gərgin oyun gözləyir. Düşünürəm ki, türklər 2008-ci il Avropa çempionatında daha çox savaşdılar. Həmin vaxt onlar əzmkar futbol nümayiş etdirdilər. Türkiyənin “Fənərbaxça” “Qalatasaray”, “Beşiktaş” və “Bursaspor” klublarında çox istedadlı futbolçular yetişir. Gələcəkdə yığmanıza uğurlar arzulayıram. Lakin bunu axşamkı oyuna şamil etmirəm”.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü