AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Almaniya ilə qarşılaşmada forma geyən Türkiyə millisinin üzvləri - Səbri Sarıoğlu, Özər Hurmaçı və Xəlil Altıntop yığmamızla bugünkü matçda baş məşqçi Qus Hiddink tərəfindən cəzalandırılacaq. Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, heyət seçimi baxımından ciddi tənqid edilən hollandiyalı mütəxəssis adları çəkilən futbolçuların yerinə Səlçuk İnan, Hakan Balta və Tuncay Şanlıya şans verəcək. Qardaş ölkənin bəzi mətbu orqanlarının, eləcə də idman saytlarının yaydığı xəbərlərə görə, Hiddink Almaniya ilə qarşılaşmada ən çox Səbri, Özər və Xəlildən narazı qalıb. Məhz buna görə də bu futbolçular Azərbaycana qarşı mübarizəyə başlayacaq start heyətindən çıxarılıb. Xəbərlərdə bildirilir ki, baş məşqçi böyük ehtimalla “Trabzonspor”un yarımmüdafiəçisi Selçuka Özərin mövqeyində şans verəcək. Onunla yanaşı, Tuncay və zədədən yeni xilas olmuş Hakan da “ilk 11–lik”də meydana çıxacaq.
“Qalatasaray”da uzun müddətdir ki, zədəsi ucbatından oynaya bilməyən Səbri almanlarla qarşılaşmada heç də öz mövqeyində çıxış etmirdi. Meydanda 90 dəqiqə qalan və zəif oyun nümayiş etdirən Səbri 2 dəfə ciddi top itkisi ilə yadda qalmışdı. Oyunun bütünündə meydanda olan digər bir oyunçu isə Özər Xurmacı olmuşdu ki, o da zəif oyunu ilə məşqçilər korpusunu məyus etmişdi. Özər də Səbri kimi 2 dəfə top itkisi ilə yadda qalmış, 1 dəfə isə topu rəqibdən “oğurlamağ”ı bacarmışdı. Berlindəki acı məğlubiyyətin ən böyük günahkarlarından biri olaraq göstərilən Xəlil isə, 63 dəqiqə meydanda olmuş və sadəcə bir dəfə qol şansı yaxalamışdı. Türkiyəli mütəxəssislərin oyunun qırılma nöqtəsi kimi dəyərləndirdiyi epizodda (hesab 1:0 almanların xeyrinə ikən) qapıçı Noyer ilə təkbətək qalan Xəlil ələ düşən fürsətdən yararlana bilməmişdi.
3 aydır qol vura bilməyən futbolçu azarkeşlə dalaşdı - Video
Bu stadion hərraca çıxarılır
Avropada uduzmayan yeganə komanda oldular
Paris klubu üçün antirekord
La Liqada yeni ofsayd sistemi tətbiq olunacaq
Sabirin het-triki, “Qaradağ Lökbatan”ın qələbəsi - Video
Çempionat matçı ləğv edildi
"Atletiko"nun futbolçuları zədələndi
Rumıniya millisinin yeni baş məşqçisi bəlli oldu
“Qaradağ Lökbatan” və “Araz Saatlı”dan böyükhesablı qələbə
Klub çempionluq şansını itirdi, baş məşqçi istefa verdi
Həm ötürmələri, həm qolları ilə rekorda imza atdı
Levandovski daha bir mövsüm "Barselona"da qala bilər
Qapıçı uzaqdan qol vurdu, anasını qucaqladı - Video
"Çelsi"dən Qarnaço qərarı
Azərbaycan kubokunda hakim təyinatları açıqlandı
Salahdan duyğusal vida sözləri
Lempard mövsümün ən yaxşı məşqçisi seçildi
"Real" yeni müqaviləyə hazırlaşır
"Zirə"nin 100-cü sülhü