"Neftçi"də portuqaliyalı futbolçu - Rəsmi

"Neftçi"də portuqaliyalı futbolçu -  Rəsmi
ÖLKƏ FUTBOLU 17 İyul 2021 / 09:00 4152
-  A +

“Neftçi” növbəti transferini rəsmiləşdirib.
 
Qol.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı Huqo Basto ilə 2 illik müqavilə bağlanıb.
 
28 yaşlı mərkəz müdafiəçisi "Neftçi"də 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Huqo Basto Portuqaliyanın “Varzim” (2012-2013), “Sportinq Braqa B” (2013-2015), “Aroka” (2015-2018), “Çaves” (2018-2020) və “Eştoril” (2020-2021) klublarında çıxış edib. Son mövsüm 31 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. O, Portuqaliyanın U-18 və U-23 milli komandalarının şərəfini qoruyub.

“Neftçi” bundan əvvəl yarımmüdafiəçilər – Sezar Meza Kolli, Harramiz Suares, Xəyal Nəcəfov və müdafiəçi Romen Baskı transfer edib.

Daha çox


Son xəbərlər
topaz banner